Icma.az
close
up
RU
Türkiyənin danışdığı süpürgəçi qadın mükafatlandırıldı VİDEO

Türkiyənin danışdığı süpürgəçi qadın mükafatlandırıldı VİDEO

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ötən gündən Türkiyə mediasında dövlət bayrağını yerə düşməyə qoymaması ilə gündəm olan süpürgəçi qadın mükafatlandırılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Düzcə Bələdiyyəsi tərəfindən Cümhuriyyət Günü münasibətilə təşkil olunan sosial eksperimentdən üzüağ çıxan Rukiyə Tuna adlı qadına xüsusi təşəkkür olunub.

Belə ki, bələdiyyə başçısı Faruk Özlü həyat yoldaşı ilə birgə onu iş başında ziyarət edib. Ona Türkiyə bayrağının yerə düşməməsi üçün göstərdiyi həssaslığa görə aylıq maaşı qədər əlavə mükafat verilib həmçinin dövlət bayrağı təqdim olunub.

O isə “Mənə bayraq bəsdir” sözləri ilə bayrağa olan sevgisini bir daha göstərib. Eyni zamanda həmin videodakı kimi əvvəlcə əlcəklərini çıxarıb, daha sonra bayrağı öpüb qoxlayaraq, “Bunu nəvəm üçün cehizinə qoyacağam. Allah sizdən razı olsun”, - deyib.

Qeyd edək ki, Düzcə Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Cünhuriyyət Günü münasibətilə hazırlanmış sosial təcrübədə zabit rolunda olan bir əməkdaş İstanbul küçəsində vətəndaşlardan bayraq asmaqda kömək istəyib. Onların arasında iş başında olan təmizlik işçisi Rukiyə Tuna da olub. O, bayrağın yerə düşməməsi üçün əlcəklərini çıxarıb və qaçaraq bayrağı tutub.

Sosial eksperiment məqsədilə çəkilmiş bu görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq izləyiciləri duyğulandırıb. Göstərdiyi həssaslıqla cəmiyyətin rəğbətini qazanan Tuna Türkiyə bayrağına olan sevgisi ilə gündəm olub.

"Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri