Icma.az
close
up
RU
Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət FOTOLAR

Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət FOTOLAR

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyənin dünyaca məşhur paxlavası – qızılı rəngi, nazik xəmiri və yüngül şərbəti ilə dadan hər kəsin damaq yaddaşında unudulmaz iz buraxan bu şirniyyat – artıq dünyanın ən tanınan desertlərindən birinə çevrilib.

Bakıvaxrı.az xəbər verir ki, Türkiyənin ixrac imkanlarının genişlənməsi və müxtəlif ölkələrdə açılan türk şirniyyat mağazaları sayəsində paxlavanın şöhrəti çoxdan sərhədləri aşıb. Amerikadan Yaponiyaya qədər açılan türk şirniyyat dükanlarında insanlar orijinal ləzzəti dadmaq üçün növbəyə düzülürlər.

Mütəxəssislərin fikrincə, bu ləzzəti tam mənası ilə hiss etməyin ən doğru ünvanı onun vətəni – Türkiyədir. Üstəlik, bu zövqü yaşamaq üçün ən gözəl vaxt da yaxınlaşır. Hər il 17 noyabrda qeyd olunan Dünya Paxlava Günü bu unikal desertin mədəni dəyərini və dünyaya yaydığı şirin enerjini bir daha xatırladır.

Ənənəvi olaraq 40 qat nazik yufka xəmiri, içlikdə fıstıq və ya qoz, üzərinə isə şərbət əlavə edilməklə hazırlanan paxlava Türk mətbəxinin ən məşhur desertlərindən biridir. Osmanlı dövründən nəsildən-nəslə ötürülən bu resept bu gün də ölkənin kulinariya irsinin ayrılmaz hissəsidir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş yufka (nazik xəmir) ənənəsindən qaynaqlanan paxlava öz mükəmməl formasını Osmanlı saray mətbəxlərində tapıb. O dövrdə ustalar xəmiri son dərəcə incə açaraq bu şirniyyatı həm zövq, həm də peşəkarlıq nümunəsinə çeviriblər.

Bir vaxtlar saray süfrələrinin rəmzi olan paxlava bu gün də Türkiyədə qonaqpərvərliyin və bayram süfrələrinin ayrılmaz hissəsidir. Çay və ya qəhvə ilə təqdim edilən, toylarda və dini bayramlarda süfrələri bəzəyən paxlava insanların bir araya gəldiyi, birlik və paylaşımın simvoluna çevrilib.

Bu gün paxlava dünyanın bir çox ölkəsində desertsevərlərin ən çox seçdiyi ləzzətlərdən biridir. Sosial şəbəkələrdə müxtəlif reseptlər və paylaşımlarla bu desertin populyarlığı getdikcə artır. Lakin əsl paxlava hazırlamaq həm ustalıq, həm səbir, həm də istifadə olunan məhsulların keyfiyyətini dərindən bilməyi tələb edir.

Ən keyfiyyətli paxlava Türkiyənin cənub-şərqində yerləşən Qaziantep şəhərində hazırlanır. Qaziantep UNESCO-nun Qastronomiya üzrə Yaradıcılıq Şəbəkəsinin üzvüdür və bu şəhərin paxlavası Avropa İttifaqı tərəfindən mühafizə olunan mənşə adı statusu alan ilk türk məhsuludur.

Qaziantep paxlavasını fərqləndirən əsas cəhətlər yalnız ustaların xəmiri şəffaf incəlikdə açmaq bacarığı deyil, həm də bölgəyə məxsus yüksək keyfiyyətli Antep fıstığı və yerli kərə yağıdır. Şəhərin ustaları xəmiri əl ilə açır, qatlar arasına bol fıstıq və yağ əlavə edərək odun sobasında bişirirlər. Bu üsul paxlavaya özünəməxsus qızılı rəng və xırtıldayan tekstura qazandırır.

Bişdikdən sonra üzərinə xüsusi hazırlanmış şərbət əlavə olunur və desert asta şəkildə onu çəkir. Nəticədə xaricdən xırtıldayan, daxildən isə yumşaq və balanslı şirinliyə malik Qaziantep paxlavası yaranır – Türkiyə qastronomiyasının ən seçilən simvollarından biri.

Ənənədən müasirliyə – saysız paxlava növləri

Qaziantep paxlavası ilə yanaşı, Türkiyənin müxtəlif bölgələrində bu məşhur desertin çoxsaylı növləri hazırlanır. Hər bölgə onu özünəməxsus üsulla və fərqli ərzaqlarla bişirir.

Bəzi növlər formalarına görə adlanır:

“Havuç dilimi” paxlava – yerkökü dilimi formasında kəsilir;

“Midyə paxlava” – midyə formasında bükülür;

“Bülbül yuvası” – halqa şəklində bükülür.

Digər növlər isə tərkibinə görə fərqlənir:

Şöbiyyət – qatlar arasına qozla yanaşı qaymaq əlavə olunur;

Südlü Nuriye – şərbət əvəzinə südlə hazırlanır;

Quru paxlava – daha az şərbətlə bişirildiyi üçün xırtıldayan quruluğa malik olur;

Fıstıq sarma və qoz sarma – bol içlikli növlər arasında ən çox sevilənlərdir.

Son illərdə gənc aşpazlar klassik paxlavanı müasir tərzdə təqdim edirlər. Onlardan biri də “soyuq paxlava”dır – bu növ az şərbətlə, südlə və şokoladla hazırlanır və qısa zamanda Türkiyədə ən çox sifariş edilən desertlərdən birinə çevrilib.

İstər ənənəvi, istərsə də müasir formada təqdim olunsun, paxlava hər zaman öz dəyərini qoruyur. Dünya Paxlava Günündə bu məşhur desertin müxtəlif növlərini dadmaq və öz “şirin səyahətinizə” çıxmaq üçün ən uyğun vaxtdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:435
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri