Icma.az
close
up
RU
Türkiyənin cənnəti Tekirdağ FOTOLAR

Türkiyənin cənnəti Tekirdağ FOTOLAR

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir.

Bakıvaxtı.az-ın çəlumatına görə, son illər dünyanın istənilən nöqtəsindən turistlər Türkiyəyə üz tutur. Əgər 2015-ci ildə Ümumdünya Turizm Təşkilatının siyahısında Türkiyə turist sayına görə ilk 50 ölkə arasında idisə, bu gün artıq dünyanın ilk beşliyi sırasına yüksəlib. Bu uğurda müasir turizm obyektləri, xidmət sahəsi, qonaqpərvər insanlar və əlbəttə, ölkənin zəngin təbiəti mühüm rol oynayır.

Türkiyənin hər bölgəsi turizm üçün əlverişli olsa da, bu yazımızda “Türkiyənin cənnəti” adlandırılan Tekirdağ haqqında danışacağıq. İstanbuldan cəmi 140 km məsafədə yerləşən Tekirdağ zəngin tarixi və təbiəti ilə turistləri valeh edir. Mərmərə dənizi sahilində yerləşən bu qədim Trakya şəhəri dağ və dəniz mənzərələri ilə xüsusi gözəlliyə sahibdir. Sahilboyu çimərliklər, parklar, çay bağları və yaşıl məkanlarla zəngin Tekirdağ həm də XVIII əsrə aid taxta evləri ilə diqqət çəkir.

Tekirdağ Arxeologiya və Etnoqrafiya Muzeyi – Osmanlı memarlığını əks etdirən keçmiş qubernator köşkündə yerləşir. Muzeydə 25 mindən çox arxeoloji və etnoqrafik əsər sərgilənir. Burada eramızdan əvvəl IV əsrə aid nümunələr, Bizans və Osmanlı dövrünə məxsus əşyalar, geyimlər və əl işləri nümayiş olunur.

Rakoçzi Muzeyi – Türk-Macar dostluğunu simvolizə edən bu muzeydə 1700-cü illərdə Tekirdağda yaşamış Macarıstan şahzadəsi II Ferenc Rakoçzinin şəxsi əşyaları, sənədləri, məktubları və portretləri qorunur.

Rüstəm Paşa Məscidi – Memar Sinanın şah əsərlərindən biri olan məscid XVI əsrdə inşa edilib. Bir vaxtlar mədrəsə və digər tikililərlə birlikdə böyük kompleks təşkil edirdi.

Süleymaniyyə Məscidi (Çorlu) – XIV əsrdə Qanuni Sultan Süleymanın əmri ilə tikilmiş bu məscid Osmanlı memarlığının incəliklərini özündə əks etdirir.

Namık Kamal Evi – Məşhur şair, publisist və islahatçı Namık Kamalın xatirəsinə həsr olunmuş muzeydə Tekirdağın tarixinə aid fotoşəkillər və eksponatlar sərgilənir.

Hora Mayak (Şarköy) – 1860-cı ildə fransız mühəndislər tərəfindən inşa edilmiş mayak bu gün də Mərmərə dənizində gəmilərə yol göstərir.

Çorlu Qalası – Bizans dövrünə aid qala sonralar Osmanlılar tərəfindən də istifadə edilib. Ulaş Körpüsü və Kırkgöz Körpüsü – Osmanlı və Roma dövrlərindən qalan tarixi körpülərdir. Thzolus Antik Şəhəri – Tarixi eramızdan əvvəl 1000-ci ilə gedib çıxan bu qədim şəhər Roma, Bizans və Osmanlı hakimiyyətlərini görüb.

Tarixi Çorlu Evi – İki əsrlik tarixi olan taxta ev bu gün muzey kimi fəaliyyət göstərir. Melen Monastırı – VI əsrə aid bu qədim dini mərkəz vaxtilə şərab istehsalı ilə məşhur olub.

St. John Theologos Monastırı (Şarköy) – XIX əsrdə inşa edilmiş bu monastır müəyyən günlərdə dini ayinlərə ev sahibliyi edir.

Tekirdağ həm qədim tarixi, həm də gözəl təbiəti ilə Türkiyənin ən cazibədar bölgələrindən biridir. Bu şəhərə səyahət etsəniz, qədim sivilizasiyaların izləri ilə tanış olacaq, Osmanlı memarlığının gözəlliyini görəcək və unudulmaz bir tarixi-mədəni yolçuluq edəcəksiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri