Icma.az
close
up
RU
Ramiz Mehdiyevin Qarabağ planı 44 günlük müharibədən 1 il əvvəl...

Ramiz Mehdiyevin Qarabağ planı 44 günlük müharibədən 1 il əvvəl...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin Qarabağla bağlı mövqeyi yenidən gündəmə gəlib. Belə ki, onun keçmiş status-kvonun qorunub-saxlanmasında rol oynadığı bildirilir. Bir qədər əvvəl R.Mehdiyevin mediaya açıqlamasında Qarabağla bağlı suala cavab verməkdən yayınması bu baxımdan xüsusi diqqət çəkir.

İddialar var ki, R.Mehdiyev Qarabağ məsələsində Rusiyanın xeyrinə mövqe sərgiləyib. Onun məhz müharibədən bir il əvvəl PA-dan uzaqlaşdırılması da diqqət çəkir.

R.Mehdiyevin Qarabağ münaqişəsinin uzanmasında, torpaqlarımızın azad edilməsində nə kimi rolu ola bilərdi? Ümumiyyətlə, münaqişə ilə bağlı onun mövqeyi necə idi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı və “beşinci kolon”a rəhbərlik etməsi sirr deyildi:

“Qarabağın işğal edilməsində və işğalda qalmasında əsas səbəbkarlardan biri Rusiya olub. Bu baxımdan Moskvaya bağlı şəxsin bu işğalın davam etməsində maraqlı olduğu istisna edilmir. Rusiya Qarabağın işğalından Azərbaycana, ümumilikdə regiona nəzarət məqsədilə istifadə edirdi. Rusiyanın nəzarətinin güclü olması bu ölkəyə bağlı şəxslərin də güclənməsi demək idi. Mehdiyev və komandasının maraqları burada da ortaya çıxır. Onun 2019-cu ildə, Vətən müharibəsindən öncə postundan uzaqlaşdırılması da bu kontekstdə təsadüfi deyil.

Asif Nərmanlı

Əgər postunda qalsaydı, Rusiyanın istəyinə uyğun olaraq, torpaqlarımızın azad edilməsi prosesinə maneələr yarada, yaxud müharibənin gedişinə maraqlarımızın əleyhinə müdaxilələr edə bilərdi. Rəsmi təsdiqlənməsə də, sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun timsalında belə cəhdlərin olduğu haqda məlumatlar var. Bu gün yayılan informasiyalar deməyə əsas verir ki, 2019-cu ildə Mehdiyevin postundan göndərilməsi və komandasının müəyyən qədər neytrallaşdırılması müharibədə daxili təxribatların önlənməsində mühüm addım olub”.

Siyasi şərhçi Mütəllim Rəhimli isə deyib ki, Ramiz Mehdiyevə elan olunmuş ittihamların mahiyyəti dövlət əleyhinə fəaliyyəti ehtiva edir:

“Dövlətə xəyanət, dövlət çevrilişi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamlarına məruz qalan şəxsin bütün əməllərinin əsasında dövlətin sarsıdılması və uğurun yolunun bağlanması dayanır. Belə bir adam iqtisadi, siyasi və hərbi uğurlara necə sevinə bilər?!

Mütəllim Rəhimli

Ramiz Mehdiyevin yayılan səs yazısında onun Qarabağda əldə edilən uğurları şərh etmək istəmədiyi görünür. Azərbaycanın ərazi bütövlüyünü, torpaqlarımızın işğaldan azad edilməsini istəməyənlər bu barədə danışmaqdan imtina edərlər. Yaxud da bu qələbəyə kölgə salmağa çalışarlar.

Bu sadəcə bir adamın mövqeyi deyil. Onun söykəndiyi, istinad etdiyi, əməkdaşlıq qurduğu, daim tapşırıqlar aldığı və xidmət etdiyi qüvvənin münasibətidir. Belə nəticəyə gəlmək olar ki, onların buradakı nümayəndələri çoxdur. Sadəcə olaraq bunu Mehdiyevin simasında gördük”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri