Icma.az
close
up
RU
Azərbaycan Universitetində şəhidlərimizin xatirəsi anılıb

Azərbaycan Universitetində şəhidlərimizin xatirəsi anılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, artıq beş ildir qeyd olunan Anım Günü Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib. Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur, bu gün hər bir azərbaycanlının ürəyində böyük qürur və fəxarət, şəhidlərin xatirəsinə dərin hörmət və sonsuz ehtiram var. Bu gün hər bir ölkə vətəndaşı rəşadətli Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyur.

Anım tədbirində universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxış edib. Prorektor çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başlatdığı, sonradan “Dəmir yumruq” adını alan və Vətən müharibəsinə çevrilən əks-hücum əməliyyatının səbəb və nəticələrinə toxunub. 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına və böyük Zəfərin qazanılmasının əsas amillərinə diqqət çəkən Yusif Qasımov qeyd edib ki, Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından tarixdə görünməmiş sürətlə və sevgiylə azad etməsi xalqın birliyinin, Azərbaycan əsgərinin mübarizliyinin və Azərbaycan Prezidentinin qətiyyətinin nəticəsidir. Prorektor Anım Gününün təsis olunmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, gənclər həm şəhidlərimizin xatirəsini əziz tutmalı və qorumalı, həm də Azərbaycanın daha da güclənməsinə töhfə vermək üçün çalışmalıdırlar.

Daha sonra tədbirin qonağı, Qarabağ müharibəsi veteranı, jurnalist, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazovun çıxışı dinlənilib. Şöhrət Eyvazov çıxışında Vətən müharibəsi dövründə xalqın informasiya ilə təmin edilməsinin vacibliyini vurğulayıb, Azərbaycan jurnalistlərinin həmin dövrdəki fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Müharibə təcrübəsini tələbələrlə bölüşən jurnalist cəbhədən hazırladığı material və reportajları təqdim edib, Qarabağ müharibəsinin həyatında ən böyük məktəb olduğunu bildirib. Şöhrət Eyvazov birinci və ikinci Qarabağ müharibələrində öz peşə vəzifəsini yerinə yetirərkən şəhid olan jurnalistlər haqqında da məlumat verib, 1988-2020-ci illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn bütün qəhrəmanları, həmçinin media şəhidlərini xatirəsini yad edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri