Icma.az
close
up
RU
Türkiyənin ən böyük müxalifət partiyasında xaos: Kılıçdaroğlu geri çağırıldı

Türkiyənin ən böyük müxalifət partiyasında xaos: Kılıçdaroğlu geri çağırıldı

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) aprelin 6-da keçiriləcək növbədənkənar qurultay öncəsi gərginlik yaşanır. Keçmiş partiya sədri Kamal Kılıçdaroğlunun qərargahı onun namizədliyi üçün qurultay nümayəndələri arasında imza toplamağa başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Tələb olunan sayda imzaların toplanacağı təqdirdə Kılıçdaroğlunun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

CHP-nin Ankara nümayəndəsi Elmas Kübra Karaca Kamal Kılıçdaroğlu üçün diqqətçəkən çağırış edib:

“Partiya daxilindəki xaosu aradan qaldırmaq və güclü müqavimət göstərmək üçün cənab Kamal Kılıçdaroğlunu vəzifəyə dəvət edirəm. Bu gün bu təcrübəyə və liderliyə hər zamankindən daha çox ehtiyac var. Sizi bir daha partiyamızı təhlükəsiz limana daşımağa və bu çətin prosesi sağlam düşüncə və qətiyyətlə idarə etməyə çağırırıq”.

“Sabah” qəzeti yazır ki, son günlər partiya daxilindəki müxalif şəxslərin sosial şəbəkələrdə Kılıçdaroğlunu önə çıxaran silsilə paylaşımlar etməsi də diqqət çəkir. Paylaşımlarda Kılıçdaroğludan sonrakı CHP sədri Özgür Özəlin son 1,5 ildə apardığı siyasət sərt şəkildə tənqid olunur.

Partiya qərargahından Kılıçdaroğlunun namizəd olmayacağını iddia edənlərə sərt təpki göstərən CHP-nin Gümüşhane (İstanbulun rayonu) təşkilatının sədri Bedri Ağaç belə deyib:

“Belə bir şey olmadığı halda “Kılıçdaroğlu namizəd deyil” şayiəsini yayan dostlar, bizi təəccübləndirmirsiniz. 38-ci qurultayda səsvermə ikinci tura gedəndə tərəfdarlarınızın, saxta jurnalistlərin köməyi ilə “Kılıçdaroğlu geri çəkildi” yalanını yaydınız və nəticə əldə etdiniz. Qələbəyə aparan bütün yollara icazə verilir, elə deyilmi? Təbiətiniz buna uyğun deyil, bəs siz bir az daha mərd, dürüst və prinsipial olsaydınız necə?”./teleqraf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri