Icma.az
close
up
RU
Türkiyənin ən böyük protez mərkəzi azərbaycanlılara kömək etmək üçün açıqdır

Türkiyənin ən böyük protez mərkəzi azərbaycanlılara kömək etmək üçün açıqdır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qaziantep, 10 oktyabr, AZƏRTAC

Qaziantep şəhərdə fəaliyyət göstərən Türkiyənin ən böyük protez və ortez istehsalı və istifadəsi mərkəzi olan “Buğda dənəciyi” Azərbaycan vətəndaşlarına, o cümlədən Qarabağ müharibəsi qazilərinə kömək etmək üçün açıqdır.

Bu barədə AZƏRTAC-a Qaziantep Bələdiyyəsinin Yaşlılar və Əlilliyi olan Şəxslərlə iş departamentinin rəhbəri Eyyup Yıldız məlumat verib.

Onun sözlərinə görə, Qaziantep Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən mərkəz 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkmiş 11 vilayətin sakinlərinə yardımda mühüm rol oynayır:“Mərkəzimiz ötən ilin fevral ayından fəal şəkildə fəaliyyət göstərir. Bu müddət ərzində Qaziantepdən olan mütəxəssislər tərəfindən təbii fəlakət zonasının sakinləri üçün 1100 protez və ortez hazırlanıb. Bundan başqa, yol-nəqliyyat hadisələri və müxtəlif xəstəliklər nəticəsində bəziləri əl-ayağı itirmiş daha 300 vətəndaşa yardım göstərilib”.

Departamentinin rəhbəri qeyd edib ki, Qaziantepdəki “Buğda dənəciyi” Mərkəzində ayda orta hesabla 90 protez istehsal olunur, ortezlərin sayı isə müraciətlərdən asılı olaraq dəyişir ki, bu da Türkiyədə ən yüksək göstəricidir.

Protezlər insanın fərdi ehtiyaclarına uyğun hazırlanır. Pasiyentlər protez və ortezlərinin imkanlarından maksimal dərəcədə səmərəli istifadə etmək üçün fiziki terapiya kursu keçirlər. Zəruri halda, protezlər çəki və insanın digər bədən parametrlərindəki dəyişikliklərə uyğun dəyişdirilir.

“Biz Azərbaycandan olan qardaşlarımıza da kömək etməyə açıqıq. Müraciət olunduğu halda, Qarabağ müharibəsi iştirakçıları da daxil olmaqla, hər cür yardım göstərməyə hazırıq”, - deyə E.Yıldız vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Qaziantep 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri