Türkiyənin enerji tarixində ilk: Ərdoğan açıqladı...
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin ilk üzən qaz hasilatı platforması "Osman Qazi" Filyosdan "Mavi Vətən"dəki fəaliyyət məntəqəsinə yola salındı.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O qeyd edib ki, bu gün Türkiyə enerji tarixində tamamilə yeni bir səhifə açır:
“Üzən bir sənaye qurğusu olan "Osman Qazi"ni Qara dənizdəki fəaliyyət məntəqəsinə yola salırıq. "Osman Qazi" "Mavi Vətən"imizdəki ilk "fabrik" rolunu oynayır. Sözügedən platformanın uzunluğu 298,5 metr, eni 56 metr, dərinliyi 29,5 metrdir və 140 nəfərlik heyətə sahibdir. 21 ayrı qurğu ilə təchiz olunmuş bu sistem, Sakarya qaz yatağındakı quyulardan çıxarılan qazı emal edəcək və sualtı boru kəmərləri vasitəsilə Filyosa nəql olunacaq. Nəticədə, Qara dənizdəki təbii qaz hasilatımız 2 dəfə artaraq gündəlik 20 milyon kubmetrə çatacaq. Eyni zamanda 2027-ci ilin əvvəlinə qədər hər 3 evdən biri yerli istehsalımız olan təbii qazdan istifadə edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















