Icma.az
close
up
RU
Türkiyənin əsas gündəmi olan “saxta diplom məsələsi” haqqında nə məlumdur?

Türkiyənin əsas gündəmi olan “saxta diplom məsələsi” haqqında nə məlumdur?

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ankara Cumhuriyyət Baş Prokurorluğunun hazırladığı ittiham aktına görə, Türkiyədə yüksək vəzifəli dövlət qurumu rəhbərlərinin elektron imzaları kopyalanaraq bir çox şəxsə saxta diplom və sənəd tərtib edilib.
Yeniavaz.com
 Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ilin may ayında, dövlət qurumu rəhbərlərinin e-imzalarını kopyalayıb saxta diplom və sürücülük vəsiqəsi hazırladığı müəyyən edilən 134 nəfər barəsində cinayət işi açılıb.
Hazırlanan ikinci ittiham aktı ilə daha 65 nəfərin də işə daxil edilməsi nəticəsində ümumi təqsirləndirilənlərin sayı 199-a yüksəlib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, bu iş üzrə 37 şübhəlinin həbs olunduğunu bildirib.
“2025-ci ilin yanvar və may ayları ərəfəsində keçirilən iki əməliyyat nəticəsində ümumilikdə 197 şübhəli şəxs saxlanılıb. Bu şübhəlilərdən 37 nəfəri həbs edilib, 150 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub”, - A. Yerlikaya sosial şəbəkə hesabında yazıb.
Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanmış ittiham aktında qeyd olunur ki, elektron imzaların kopyalanması prosesi iki ayrı elektron sertifikat təminatçısı qurum vasitəsilə həyata keçirilib.
Saxta elektron imzalar sayəsində, aralarında tanınmış və köklü universitetlərin də olduğu bir sıra qurumların sistemlərinə icazəsiz giriş edildiyi və qanunsuz diplomların hazırlandığı müəyyən edilib.
İttiham aktında şübhəlilərə ayrı-ayrılıqda yönəldilən ittihamlar bunlardır:
- Qanunsuz e-imza istehsalı və dövlət sistemlərinə icazəsiz müdaxilə;
- Saxta orta məktəb, bakalavr və magistr diplomu düzəltmək;
- Qiymət ortalamasını (GPA) qanunsuz olaraq yüksəltmək;
- Saxta sürücülük vəsiqəsi hazırlamaq;
- Sürücülük imtahanının yazılı və praktiki mərhələlərindəki balları dəyişmək.
İstintaq çərçivəsində 57 saxta universitet diplomu, 4 orta attestatı və 108 saxta sürücülük vəsiqəsi hazırlandığı aşkarlanıb.
Prezidentin Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) isə şübhəlilərdən birinin ifadəsində keçən “400 akademik qanunsuz şəkildə vəzifəyə təyin olunub” iddiasını rədd edib və bunun doğru olmadığını açıqlayıb.
İttiham aktında çox yüksək səviyyəli məmurların elektron imzalarının kopyalandığı xüsusi vurğulanır. Bunlar arasında:
- Rabitə və İnformasiya Texnologiyaları Qurumu (BTK) rəhbəri və sədr müavini;
- Ali Təhsil Şurası (YÖK) Təhsil və Tədris İdarəsinin rəhbəri;
- Milli Təhsil Nazirliyinin İdarəetmə İnformasiya Sistemləri İdarəsinin rəhbəri;
- 14 müxtəlif universitetin Tələbə İşləri İdarələrinin rəhbərləri var.
Bu genişmiqyaslı saxtakarlıq işi üzrə hazırlanmış ittiham aktı Ankara 23-cü Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Təqsirləndirilən şəxslər barəsində 5 ildən 50 ilə qədər həbs cəzası tələb olunur.
İmza kopyalama əməliyyatı necə həyata keçirilib?
Türkiyədə qurumların sistemlərinə giriş və əməliyyat aparmaq üçün yalnız bir nəfərə məxsus elektron imzalardan istifadə olunur. Bu sistemlərə yalnız səlahiyyətli şəxslər daxil ola bilər və e-dövlət kimi milli sistemlərə rəsmi məlumat girişi yalnız bu imzalar vasitəsilə mümkün olur.
Ankara Cumhuriyyət Baş Prokurorluğunun ittiham aktında yer alan detallara görə, bəzi təqsirləndirilən şəxslər, universitetlər və dövlət qurumları ilə işləyən iki rəsmi sertifikat təminatçısı şirkətin əməkdaşları ilə əlbir olublar.
Bu “əməkdaşlıq” nəticəsində, dövlət qurumlarında kritik vəzifələrdə çalışan rəhbər şəxslərə aid saxta elektron imzalar yaradılıb.
Bu saxta elektron imzalar, saxta şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələri istifadə edilməklə əldə olunub və dövlət sistemlərinə icazəsiz giriş təmin edilib.
Beləliklə:
- Saxta diplomlar hazırlanıb və YÖKSİS (Ali Təhsil Məlumat Sistemi) üzrə qeydlər aparılıb;
- Eyni zamanda Milli Təhsil Nazirliyinin sistemlərinə izinsiz girişlə liseylərin saxta məzuniyyət qeydiyyatları yaradılıb;
- Həmçinin, sürücülük imtahanının yazılı və praktiki mərhələlərinin nəticələri dəyişdirilib.
Bu üsul, dövlətin kritik rəqəmsal sistemlərinin zəif nöqtələrindən sui-istifadə edilməklə sistemli saxtakarlıq şəbəkəsinin qurulduğunu göstərir.
Hansı sahələr üzrə saxta diplomlar verilib?
Ankara Cumhuriyyət Baş Prokurorluğunun hazırladığı ittiham aktına görə, psixologiya, mexanika mühəndisliyi, memarlıq, kompüter mühəndisliyi, siyasi elmlər, rəsm və təsviri incəsənət müəllimliyi, inşaat mühəndisliyi kimi bir çox ixtisas üzrə saxta diplomlar hazırlanıb.
İttiham aktında, bir çox fakültədə həm diplomaların verilməsi, həm də orta qiymətin qanunsuz şəkildə yüksəldilməsi ilə bağlı saxtakarlıqların aparıldığı qeyd olunub.
Lakin saxta diplom əldə etdiyi bildirilən şəxslərin kim olduğu və hazırda hansı vəzifələrdə çalışdıqları ilə bağlı konkret məlumat ittiham aktında yer almır.
YÖK (Ali Təhsil Şurası) sədri Prof. Dr. Erol Özvar, 2 avqustda “Türkiye” qəzetinə verdiyi açıqlamada bu qalmaqallı hadisənin çox ciddi olduğunu bildirib və belə deyib:
“İki istiqamətdən araşdırma aparacağıq. Həm biz, həm də əlaqədar universitetlər ayrı-ayrılıqda istintaq aparacaq. Dünəndən (3 avqust) etibarən aidiyyəti universitetlərə lazımi tədbirlərin görülməsi üçün yazılı bildiriş göndərmişik”.
Özvar əlavə edib ki, saxta diplomların qarşısını almaq və bu kimi hallara cinayət məsuliyyəti çərçivəsində daha sərt cəzalar tətbiq etmək üçün qanuni tənzimləmələrə ehtiyac var.
“400 elm adamı qanunazidd təyinat alıb” iddiası təkzib olunub
İstintaq materiallarındakı şübhəlilərdən biri olan A.T., ifadəsində 400 elm adamının qanunsuz şəkildə vəzifələrə yerləşdirildiyini iddia edib.
Onun sözlərinə görə:
- Z.K. adlı qrup liderinin təlimatları ilə hərəkət olunub;
- Bu çərçivədə 270 saxta imza hazırlanıb;
- “Coker əməkdaş” adlandırılan və yüksək səviyyədə xarici dil bilən bir nəfər, 2006–2010-cu illər arasında başqalarının yerinə xarici dil imtahanlarına girib.
A.T. iddia edir ki, bu üsulla ölkə miqyasında 400-dən çox şəxs akademik vəzifələrə yerləşdirilib və onlardan bəziləri hazırda dosent və ya professor ünvanı daşıyır.
Rəsmi yalanlama: DMM-dən açıqlama
Prezidentin Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM), 2 avqust tarixində bu iddialara rəsmi cavab verərək təqsirləndirilən şəxsin ifadəsinin iddiadan ibarət olduğunu, lakin heç bir sənəd, fakt və ya sübutla dəstəklənmədiyini vurğulayıb.
Açıqlamada aşağıdakılar qeyd olunub:
- Bu iddia yalnız bir şübhəlinin ifadəsinə əsaslanır, konkret heç bir sübut yoxdur;
- İstintaq çərçivəsində şübhəli qismində adı keçən 220 nəfər arasında Türkiyədə çalışan heç bir akademik yoxdur;
- Milli Təhsil Nazirliyinə (MEB) bağlı məktəblərdə çalışan heç bir müəllim də şübhəlilər arasında deyil;
- Yalnız bir sürücü kursu təlimçisi və bir bədən tərbiyəsi mütəxəssisi bu prosesdə adı keçənlər sırasındadır — və bu şəxslər rəsmi müəllim statusuna sahib deyillər.
“Bu iki nəfər istisna olmaqla, hazırlanmış saxta diplomların hər hansı peşə fəaliyyətində istifadə edildiyinə dair istintaqda heç bir sübut aşkar olunmayıb”, - məlumatda qeyd olunur.
İstintaq necə başladı?
Ankara Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq əslində 2024-cü ildən başladılıb.
Baş Prokurorluq ilk olaraq elektron sertifikat təqdim edən iki qurumun Adana, Mersin, Hatay, Ankara və İstanbul nümayəndəlikləri vasitəsilə qanunsuz əməliyyatlar həyata keçirildiyini müəyyən edib.
İlk ittiham aktına görə, Qazi Universitetinin hüquq və mühəndislik fakültələrində hazırlanmış saxta diplomların YÖKSİS sisteminə əlavə olunduğu aşkarlanıb.
Bundan əlavə, Milli Təhsil Nazirliyinin nəzarətindəki sürücülük vəsiqəsi üzrə elektron imtahan nəticələrinin “uğurlu” olaraq dəyişdirildiyi, dörd nəfərə isə attestat verildiyinə dair qeydin əlavə olunduğu müəyyən edilib.
İlk istintaq çərçivəsində 20 may tarixində 134 nəfərə qarşı açılmış məhkəmə işi, iyul ayında tamamlanan ikinci ittiham aktı ilə 65 nəfərin də əlavə edilməsi nəticəsində genişləndirilib.
DMM-nin açıqlamasında qeyd olunub ki, istintaq kənardan verilən bir xəbərdarlıqla deyil, birbaşa bir universitetin daxili yoxlaması nəticəsində hüquq-mühafizə orqanlarına edilən müraciət əsasında başlanılıb.
“Mütəşəkkil cinayət xarakteri daşıyır”
Şübhəlilərin çoxu ifadəsində, Z.K. adlı şəxsin təşkilatın başında olduğunu bildirib.
İttiham aktında, tərəflərin ifadələri və materialların araşdırılması nəzərə alındıqda, Z.K-nın təşkilatçı kimi fəaliyyət göstərdiyi qeyd olunub.
Z.K-ya məxsus elektron materiallarda aparılan araşdırma nəticəsində çoxsaylı saxta sürücülük vəsiqələri, diplomlar və aparılan danışıqlara dair mesaj yazışmalarının əldə olunduğu qeyd edilir.
Z.K-nın saxta elektron imzaların hazırlanması, Təhsil Nazirliyi və Qazi Universitetinin sistemlərinə qanunsuz girişlər və dəyişikliklərin edilməsi əməllərinin hamısında iştirak etdiyi iddia olunur.
Baş Prokurorluq ittiham aktında bu cinayətlərin bir neçə dəfə və zəncirvari şəkildə törədildiyini bildirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 05 Avqust 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see270

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see171

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see168

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see148

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see147

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see144

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see139

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see138

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see137

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see135

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see130

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see130

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see125

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see122

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see122

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see121

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see119

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see119

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri