Icma.az
close
up
RU
Türkiyənin F 35 proqramına dönüş ehtimalı yüksəkdir AÇIQLAMA

Türkiyənin F 35 proqramına dönüş ehtimalı yüksəkdir AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Türkiyənin “F-35” proqramına yenidən qaytarılması ilə bağlı verdiyi vədin icrasını gözlədiklərini bildirib. Bu açıqlama Ankara-Vaşinqton xəttində uzun müddətdir davam edən F-35 mübahisəsinin yenidən gündəmə gəlməsinə səbəb olub".

Bunu Redaktor.az-a danışan hərbi ekspert Anar Şuşalı bildirdi.

Onun sözlərinə görə, Türkiyənin “F-35” proqramından çıxarılmasının əsas səbəbi Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması idi:

"ABŞ bu sistemlərin F-35 texnologiyası üçün təhlükə yarada biləcəyini əsas gətirərək Türkiyənin proqramdakı iştirakını dayandırmışdı. Donald Trampın hakimiyyətə qayıdışından sonra isə məsələyə münasibətdə müəyyən yumşalma müşahidə olunur. Trampın Ərdoğanla münasibətləri və Türkiyəni NATO daxilində ABŞ ilə daha sıx əməkdaşlığa qaytarmaq istəyi F-35 məsələsinin həlli üçün yeni imkanlar yaradır.
Lakin burada əsas problem S-400-lər olaraq qalır. Türkiyənin F-35 proqramına qayıtması üçün Vaşinqtonun bu sistemlərin gələcək statusu ilə bağlı Ankaradan konkret təminatlar tələb etməsi gözlənilir. Bundan başqa, ABŞ Konqresində Türkiyəyə F-35 satışına qarşı çıxan qüvvələrin olması da prosesin qarşısında ciddi maneədir. Bütün bunlara baxmayaraq, Trampın siyasi iradəsi məsələnin həlli üçün mühüm amil ola bilər. Əgər Ankara və Vaşinqton S-400 məsələsində kompromis əldə edə bilsələr, Türkiyənin F-35 proqramına qayıtması real ssenariyə çevrilə bilər.

Belə bir dönüş Türkiyə üçün yalnız yeni nəsil döyüş təyyarələrinin əldə edilməsi demək olmayacaq. Bu, eyni zamanda ABŞ-Türkiyə münasibətlərinin normallaşması, NATO daxilində hərbi əməkdaşlığın güclənməsi və regiondakı hava qüvvələri balansının dəyişməsi baxımından mühüm nəticələr doğura bilər. Mənim qənaətimə görə, Trampın Türkiyənin F-35 proqramına qayıtması istiqamətində addımlar atması ehtimalı yüksəkdir. Lakin vədin tam icrası S-400 məsələsinin necə həll olunacağından və ABŞ Konqresinin mövqeyindən asılı olacaq. Əgər Ankara bu məsələdə Vaşinqton üçün məqbul kompromis təklif edə bilsə, Türkiyənin F-35 proqramına dönüşü artıq uzaq perspektiv deyil, real siyasi-hərbi razılaşmaya çevrilə bilər".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Avqust 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri