Türkiyənin “gizli silahı” Cəmi bir saniyəlik görüntü Yunanıstanı qarışdırdı
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 115 illiyi münasibətilə hazırladığı videoda bir saniyəlik görüntü ilə nümayiş etdirilən “Hava SOJ” elektron müharibə təyyarəsi Yunanıstanda narahatlıq yaradıb.
Turkustan.az xəbər verir ki, Yunanıstanın "Kathimerini" nəşri bu barədə məqalə dərc edib.
Nəşr yazıb ki, sistemin xidmətə qəbul edilməsi Türkiyəyə erkən xəbərdarlıq, kəşfiyyat məlumatlarının toplanması və mürəkkəb hava əməliyyatlarının idarə olunması sahəsində ciddi üstünlük qazandıracaq.
Məqaləyə görə, Türkiyənin pilotsuz uçuş aparatları, ballistik raketlər və elektron müharibə imkanlarının birləşməsi təkcə Afinada deyil, İsraildə də diqqətlə izlənilir.
Bildirilib ki, TUSAŞ tərəfindən həyata keçirilən layihə çərçivəsində 4 ədəd “Hava SOJ” təyyarəsinin bu il Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsinə başlanacağı gözlənilir. Təyyarələr düşmənin rabitə və radar sistemlərini aşkarlamaq, onların fəaliyyətini pozmaq və aldatmaq üçün nəzərdə tutulub.
Xəbərdə həmçinin vurğulanıb ki, Pakistan və Səudiyyə Ərəbistanı da artıq Türkiyənin bu elektron müharibə platformasına maraq göstərirlər./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 04 İyun 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















