Icma.az
close
up
RU
Türkiyənin Suriya ilə imzalamaq istədiyi saziş Yunanıstanı niyə narahat edir?

Türkiyənin Suriya ilə imzalamaq istədiyi saziş Yunanıstanı niyə narahat edir?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günlərdə dünyanın diqqəti Suriyadadır. Yeni keçid hökumətinin atdığı addımlar ölkənin gələcəyi ilə bağlı nikbin proqnozlara əsas verir. Ən mühüm olanı odur ki, hökumət PKK və onunla əlaqəli təşkilatlara qarşı yeni hərbi əməliyyatlara hazırlıq görür və Türkiyə ilə bu məsələdə aktiv əməkdaşlıq edir. Türkiyənin də mövqeyi bəllidir. Dəfələrlə bəyan edilib ki, PKK terrorçularının Suriyada mövcudluğu qəbuledilməzdir.

Ankara Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır və hər cür dəstək verəcəyini bəyan edir. Artıq Türkiyənin Dəməşqdəki səfirliyinin işi bərpa edilib.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Türkiyəyə təkcə siyasi deyil, həm də geo-iqtisadi faydalar gətirib. Ankara Suriya paytaxtındakı hakimiyyətə birbaşa təsir etmək imkanı əldə edib. Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirmək istədiyi əsas vəzifələr arasında qaçqınlar və kürd məsələsi var.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Dəniz sərhədləri haqqında saziş

Ankaranın prioritetlər siyahısına daha biri əlavə olunub. Bu, Türkiyə ilə Suriya arasındakı dəniz sərhədlərinə aiddir.

Bu sənədin imzalanması Şərqi Aralıq dənizində Türkiyənin maraqlarının qorunmasına gətirib çıxara bilər. Belə bir saziş həm Suriyanın regiondakı səlahiyyətlərini, həm də Ankaranın fəaliyyət sahəsini genişləndirəcək. Ankara Dəməşq ilə müstəsna iqtisadi zonaların (MİZ) sərhədlərinin müəyyənləşdirilməsi haqqında saziş imzalamağı da planlaşdırır. Bu yaxınlarda Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu bildirib ki, ölkəsi Dəməşqdə daimi hökumət formalaşan kimi onunla dəniz demarkasiyası haqqında saziş imzalamağı düşünür.

Ə.Uraloğlunun fikrincə, demarkasiya sazişi üzrə danışıqların uğurla irəliləməsi üçün başlıca şərt sabit siyasi vəziyyətdir. Reallaşdırılacağı təqdirdə saziş ölkələrə Aralıq dənizində karbohidrogen ehtiyatlarının kəşfiyyatı sahəsində "öz təsirlərini genişləndirməyə" imkan verəcək. Qərb mediası yazır ki, delimitasiya sahəsində Suriya ilə əməkdaşlıq çərçivəsində türklər suriyalılara ölkənin bərpasında dəstək və Aralıq dənizində limanların inkişafı da daxil olmaqla, iri infrastruktur layihələrinin həyata keçirilməsini təklif edirlər.

Türkiyənin dənizdə maraq dairələrinin həddinin müəyyənləşdirilməsi üzrə ikitərəfli sazişlərin həyata keçirilməsi təcrübəsi var. Yaxın keçmişdə - 2019-cu ilin noyabrında Ankara o zaman beynəlxalq səviyyədə tanınmış Liviyanın Milli Razılıq Hökuməti ilə oxşar saziş imzalayıb.

Yunanıstan Türkiyə-Suriya yaxınlaşmasından narahatdır

Ankaranın Aralıq dənizində növbəti saziş planı qonşularında, xüsusilə yunanlarda mənfi əhval-ruhiyyə yaradıb. Yunanıstan XİN hesab edir ki, Suriyadakı hazırkı keçid vəziyyəti onunla Türkiyə arasında MİZ-in həddinin müəyyənləşdirilməsi haqqında müqaviləni qeyri-qanuni edir. ERT-news telekanalı Yunanıstan XİN-dəki mənbələrə istinadən bildirir: "Biz bunu izləyirik. Biz Kipr, qonşu ölkələr və Avropa İttifaqı ilə daimi əlaqədəyik". Öz növbəsində, yunan güc strukturları Türkiyə və Suriya arasında mümkün sazişi Yunanıstan və Kiprə qarşı qeyri-dostluq addımı kimi qiymətləndirirlər.

Türk ekspertləri isə hesab edirlər ki, Yunanıstanın gələcək sazişə hər hansı müdaxilə etmək hüququ yoxdur. Onların fikrincə, saziş yalnız iki ölkəyə - Türkiyə və Suriyaya aiddir.

Müxtəlif qiymətləndirmələrə görə, saziş reallaşdırılacağı təqdirdə Türkiyə öz iqtisadi maraqlar zonasını Kipr adasının ərazisinin 3/4-ü qədər genişləndirəcək. Şərqi Aralıq dənizi qaz ehtiyatları ilə məşhurdur. Əsəd hökuməti Suriya sahillərində kəşfiyyat işlərinə başlamağı planlaşdırırdı. Bunun üçün 2013-cü ildə artıq Suriya bazarında fəaliyyət göstərən Rusiya şirkəti "Soyuzneftegaz"ı cəlb etmişdilər. Lakin 2015-ci ilin sentyabrında Rusiya HHQ-nin əməliyyatı başladıqdan sonra təhlükəsizlik səbəbindən fəaliyyət dayandırılmışdı. Yeni hakimiyyət dövründə suriyalılar bu layihəyə qayıda, Kipr ətrafında aktiv geoloji kəşfiyyat aparan türklər isə Dəməşqi dəstəkləyə bilər.

Hicaz dəmir yolu bərpa ediləcək

Enerji Türkiyə və yeni Suriyanın ümumi maraqlarının yalnız bir hissəsidir. Ötən həftə Ərdoğan bildirmişdi ki, Ankara Dəməşqlə ticarət, energetika və müdafiə daxil olmaqla, bütün sahələrdə əlaqələri yaxşılaşdıracaq. Nəqliyyat naziri Uraloğlu jurnalistlərlə görüşdə tarixi Hicaz dəmir yolunun Suriyaya gedən hissəsini bərpa edərək Türkiyənin dəmir yolu xətlərini yenidən Dəməşqlə birləşdirəcəyini vəd etmişdi.

"Biz vəziyyəti tez qiymətləndirəcək və ilk mərhələdə Dəməşqlə dəmir yolu əlaqəsinin bərpası üçün addımlar atacağıq. Türkiyədən Hicaz bölgəsinə uzanan dəmir yolu hissələri var. Bilirik ki, bu xətlər daha böyük şəbəkənin bir hissəsi kimi uzun müddət işləməyib. 2009-2010-cu illərdə biz oraya sərnişin qatarları göndərirdik", - deyə Uraloğlu bildirib.

Beləliklə, Suriya ilə dəniz sərhədlərinin demarkasiyası Türkiyəyə Aralıq dənizində öz təsirini gücləndirməyə imkan verəcək. Geniş mənada bu, türk admiralı Cem Gürdeniz tərəfindən irəli sürülmüş və Bahçeşehir Universitetində Dəniz və Qlobal Strategiyalar Mərkəzinə rəhbərlik edən admiral Cihat Yaycı tərəfindən dövlət doktrinasına çevrilmiş "Mavi Vətən" strategiyasının bir hissəsidir.

Dəməşqdəki yeni hakimiyyət üçün isə sözügedən saziş Suriyada iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində bir addım ola bilər. Ehtimal olunan qaz ehtiyatlarının tapılması və mənimsənilməsi ölkəyə böyük gəlirlər gələcəyi deməkdir. Saziş ümumilikdə Türkiyə və Suriyanı daha da yaxınlaşdıracaq, onların ticarət-iqtisadi əlaqələrinin aktivləşməsinə stimul verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Yanvar 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri