Türkiyənin həledici vasitəçiliyi: Bayramov və Mirzoyan Antalyada görüşə bilərlər
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. Ceyhun Bayramov Antalya Diplomatiya Forumuna qatılacaq. Beynəlxalq tədbirə Azərbaycan Milli Məclisinin bir sıra üzvləri də qatılacaqlar. Forum aprelin 11-13-də keçiriləcək. Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfərə yollanacaq.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Antalya Diplomatiya Forumu müxtəlif dövlətlərin nümayəndələrini cəld etməklə əlverişli müzakirə platformasına çevrilir:

“Bir neçə il öncə Rusiya-Ukrayna savaşı başlayandan sonra iki ölkənin xarici işlər nazirləri arasında görüş də Antalya Diplomatiya Forumu çərçivəsində baş tutmuşdu. Sözügedən forum ziddiyyətli və problematik məsələlərin həllində mövqeyləri yaxınlaşdırmaq üçün əla vasitədir. Hesab edirəm ki, forum çərçivəsində Azərbaycan-Ermənistan xarici işlər nazirləri də görüşə bilərlər. Bu isə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik üçün mühim əhəmiyyətə malikdir. Eyni zamanda qardaş Türkiyənin burada vasitəçiliyi həlledici olar. Çünki Azərbaycanın irəli sürdüyü tələblər beynəlxalq hüquqa söykənir. Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması sülh gündəliyində başlıca yer tutur. Cənubi Qafqazda dayanıqlı sabitlik və əmin-amanlığın olması Türkiyənin də maraqlarına uyğundur. Ermənistan-Azərbaycan xarici işlər nazirləri arasında görüşün baş tutması Türkiyənin siyasi imicinin artırılmasına və Antalya Diplomatiya Forumunun nüfuzunun yüksəlməsinə xidmət edəcək. Bu təmaslar Cənubi Qafqazda və daha geniş coğrafiyada sülhə önəmli töhfə verə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 10 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















