Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Antalya, 14 noyabr, AZƏRTAC
Antalyada keçirilən COP31 çərçivəsində Türkiyənin İqlim Məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iqlim dəyişikliyi ilə mübarizədə uşaqların və gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, COP31-in Fəaliyyət Gündəliyində gənclərin və uşaqların iqlim məsələləri ilə bağlı məlumatlılığının artırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Nazir məktəbin fəaliyyətinin COP31 başa çatdıqdan sonra da davam etməsinin vacibliyini vurğulayaraq, burada yaradılan maarifləndirmə təcrübəsinin ölkənin bütün məktəb və şəhərlərinə yayılmasını arzuladığını bildirib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 14 Noyabr 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















