Icma.az
close
up
RU
Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 iyun, AZƏRTAC

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdə görülmüş işlər, investorlar üçün tətbiq olunan güzəşt və azadolmalar, həyata keçirilən layihələr barədə məlumat verib.

Qeyd edilib ki, 190 hektar ərazini əhatə edən Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Hazırda Parkda investisiya portfeli 260 milyon manatdan çox 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib, 9 müəssisə fəaliyyət göstərir. Digər müəssisələrin təşkili istiqamətində işlər davam etdirilir.

Bugünədək Sənaye Parkında görülən işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb.

Görüş çərçivəsində Türkiyəli iş adamları Ağdam Sənaye Parkında mövcud biznes imkanlarından yararlanmağa dəvət edilib.

Qonaqlar Ağdam Sənaye Parkında görülmüş işlər, Parkın rezidenti “Bafco İnvest” MMC-nin müxtəlif növ ayaqqabıların istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri