Icma.az
close
up
RU
Ağdam Sənaye Parkı sürətlə böyüyür

Ağdam Sənaye Parkı sürətlə böyüyür

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu müəssisə ölkədə 2-ci belə istehsalatdır

Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin bu sənaye parkında sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam Sənaye Parkının rezidentlərin sayına görə Azərbaycanda ikinci sənaye parkı olduğunu bildirib.

Nazirin sözlərinə görə, burada divar kağızının istehsalçısı olan “Mister Decor”, rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan “Rail Trans Service”, orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan “Eel Electric” və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan “BAFCO İnvest” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub. Xatırladaq ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb.

Qeyd edək ki, ölkəmizin işğaldan azad olunmuş ərazilərində hazırda iqtisadi fəallığın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmin ərazilərdə yaradılmış müasir istehsalat sahələri ölkədə qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verməklə yanaşı, məşğulluq strategiyasının həlli baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Ötən müddətdə işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarının fəaliyyəti bu baxımdan diqqət çəkir. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, mövcud sənaye parklarının rezidentlərinə idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 142 təsdiqedici sənəd verilib. Həmin sənədlər əsasında müəssisələr üçün, təqribən, 8 milyon manata yaxın vergi və rüsumlardan azadolma tətbiq olunub.

Qarabağ və Şərqi Zəngəzurda mövcud Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında indiyədək investisiya kapitalı 400 milyon manata yaxın 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 53 sahibkarlıq subyekti tərəfindən 4 mindən artıq daimi iş yerinin yaradılması planlaşdırılıb. Artıq sözügedən sənaye parklarında görülmüş işlərə 136 milyon manatdan çox investisiya yatırılıb, 700 nəfərdən artıq daimi iş yeri yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri