Icma.az
close
up
RU
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU nun qonağı olub

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU nun qonağı olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Türkiyənin ilk kosmonavtı, hərbi pilot Alper Gezeravcı Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, qonaq universitetin rektoru Vilayət Vəliyevlə görüşüb.

Daha sonra Alper Gezeravcı universitetin ərazisini gəzib. Həmçinin “Mühendis Geliştirme Proqramı” (MGP) emalatxanası ilə tanış olub. Qeyd olunub ki, MGP emalatxanası Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) ilə AzTU-nun əməkdaşlığı çərçivəsində qurulub. Emalatxanada Alper Gezeravcıya AzTU və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatı (PUA) haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən PUA AzTU, TUSAŞ və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” yüksəkixtisaslı mühəndis hazırlığı təlim proqramı nəticəsində ərsəyə gəlib. PUA düşmən və dost təyinatı məqsədilə əsgərlərin geyindiyi formaların (beretlər) rənglərinə görə fərqləndirmək funksiyasına malikdir. PUA 50 metr hündürlükdə uçuş vasitəsilə öz missiyasını həyata keçirə bilir. Prosesin ümumi davametmə müddəti 14 dəqiqədir. Uçuş zamanı düşmən koordinatları proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar təhlil olunaraq Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI-də) göstərilən məlumatlara PUA-nın istiqamətinə nəzarət etməklə həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri