Icma.az
close
up
RU
Alper Gezeravcı: Azərbaycan yaxın gələcəkdə kosmik ekosistemin əsas iştirakçılarından biri olacaq

Alper Gezeravcı: Azərbaycan yaxın gələcəkdə kosmik ekosistemin əsas iştirakçılarından biri olacaq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də"Azərkosmos"un Kosmik Akademiyasında Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi gəncləri kosmos sahəsində maarifləndirmək, onların bu sahəyə marağını artırmaq və gələcəkdə karyera seçimlərinə istiqamət vermək olub.

Tədbirdə çıxış edən Alper Gezeravcı Azərbaycanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan qısa zaman ərzində bölgənin önəmli ölkələrindən birinə çevrilib və kosmos sahəsində də nüfuz qazanmaqdadır.

Kosmonavt 2023-cü ildə Azərbaycanda uğurla təşkil olunmuş Beynəlxalq Astronavtika Konqresini (“IAC-2023”) xatırladıb və deyib ki, beynəlxalq səviyyəli bu cür təşəbbüslər ölkənin elm və texnologiya sahəsində artan nüfuzunun bariz göstəricisidir.

Türkiyədə kosmik liman layihəsi üzərində iş getdiyini bildirən Alper Gezeravcı qeyd edib: “Kosmosla bağlı hədəflərimizə çatmaq, planlarımızı müəyyənləşdirdiyimiz tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlamışıq. Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək. Layihənin həyata keçirilməsi üçün çox böyük iş görülüb. Hazırda 8 kosmik liman var ki, onların da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkanı, peyk hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır, təbii ki, işə başqa müdaxilələr olmazsa".

Alper Gezeravcı, həmçinin kosmosda keçirdiyi 14 günlük missiya, bu prosesə hazırlıq mərhələləri və şəxsi təəssüratları barədə ətraflı danışıb.

Seminar zamanı Gezeravcı qeyd edib ki, elm və texnologiya sahəsində Türkiyə və Azərbaycanın birgə addımları regionun kosmik potensialının inkişafında mühüm rol oynayır. Bu yol asan deyil, amma istək və səbir olduqda mümkünsüz görünən hədəflərə də çatmaq mümkündür.

Astronavt görüş zamanı gənclərə kosmik həyatın reallıqları, missiyaya hazırlıq mərhələləri, çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsiri haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, kosmosa səyahət yalnız texniki və elmi biliklərlə deyil, həm də möhkəm iradə, ruh yüksəkliyi və komanda ruhu ilə mümkündür.

“Hər bir uşaq kosmosa baxaraq xəyal qurur. Əgər bu xəyalı qoruyub saxlayırsınızsa və onun üçün çalışırsınızsa, nə vaxtsa o xəyal reallığa çevrilə bilər”, – deyə Gezeravcı gənclərə müraciət edib.

Görüşün sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri