“Türkiyənin inkişaf hədəfləri nüvə enerjisi olmadan mümkün deyil”
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Ərdoğan: “Akkuyu AES-in istifadəyə verilməsi Türkiyənin enerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq”
“Türkiyənin 2053-cü ilə qədər inkişaf məqsədlərinə çatması nüvə enerjisi olmadan mümkün deyil. 4800 MVt gücündə Akkuyu AES-in istifadəyə verilməsi ölkənin enerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq”. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.
Türkiyə Prezidenti bildirib ki, hazırda 31 ölkədə 416 nüvə reaktoru işləyir: “Türkiyə də daxil olmaqla 15 ölkədə 62 yeni reaktor tikilir”.
Ərdoğanın sözlərinə görə, Mersin vilayətində tikilən Akkuyu AES hər il 35 milyon ton təhlükəli tullantıların atmosferə atılmasının qarşısını alacaq.
“Zavodun fəaliyyətinin Türkiyə iqtisadiyyatına töhfəsi 50 milyard dollara yüksələcək”, - Ərdoğan əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Sentyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















