Icma.az
close
up
RU
Türkiyənin Məkkəsi: Tövbə üçün milyonların axın etdiyi kənd

Türkiyənin Məkkəsi: Tövbə üçün milyonların axın etdiyi kənd

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Adıyaman vilayətinin Kahta rayonuna bağlı Menzil kəndi yarım əsrdən artıqdır ki, adi bir yaşayış məntəqəsi olmaqdan çıxaraq minlərlə insan üçün tövbə mərkəzinə, milyonlarla insan üçün isə təsiri Türkiyə sərhədlərini aşan dini, sosial, iqtisadi və siyasi bir quruluşun mərkəzinə çevrilib. Nəqşibəndi təriqətinin Xalidiyyə qoluna bağlı Menzil cəmiyyəti bu kənd üzərindən qurduğu sistemlə təkcə fərdlərin inanc dünyasına deyil, dövlət bürokratiyasından səhiyyəyə, mediadan iqtisadi sektorlara qədər uzanan geniş təsir dairəsi yaradıb.

Bir kənddən “mərkəzə”: yol, infrastruktura və simvolik güc

Adıyamandan təxminən 80 kilometr aralıda yerləşən Menzil kəndinə gedən yol olduqca dar və bərbad vəziyyətdədir. Lakin kəndə yaxınlaşdıqca mənzərə qəfil dəyişir. Baxımlı, ikizolaqlı, “Karayolları Genel Müdürlüğü” tərəfindən çəkildiyi bildirilən yol ziyarətçini sanki fərqli bir inzibati zonaya daxil edirmiş kimi qarşılayır.

Kənd girişində cəmiyyətə bağlı olduğu deyilən avtovağzal, logistika sahələri, ticarət obyektləri yerləşir. Bu avtovağzalın Menzilə  bağlı “Haşemi Turizm” tərəfindən idarə edildiyi, Türkiyənin dörd bir yanına müntəzəm avtobus reyslərinin buradan təşkil olunduğu bildirilir. Avtovağzal daxilində Türk Hava Yollarına aid məlumat masasının olması Menzilin artıq yalnız dini yox, institusional gücə malik bir struktur olduğunu göstərir.

Tövbə: Menzil sisteminin ürəyi

Menzil cəmiyyətinin Türkiyə boyunca bu qədər sürətlə yayılmasının əsas mexanizmi tövbə ritualıdır. Burada tövbə adi dini arınma kimi yox, müridin cəmiyyətlə ömürlük bağ qurmasının rəsmi başlanğıcı kimi qəbul edilir.

Tövbə zamanı müridə “səkkiz şərt” oxunur və bu şərtlərə ömür boyu riayət edəcəyi barədə söz verir. Bu şərtlər təkcə ibadətlə məhdudlaşmır, müridin gündəlik həyatını, itaət formasını, şeyxlə münasibətini və düşüncə tərzini də müəyyən edir.

Ən diqqətçəkən maddə isə “mürşidlə rabitə”dir. Müriddən hər gün ən azı 10 dəqiqə ərzində şeyxini xəyal etməsi, onun qaşları arasından çıxan nurun qəlbinə axdığını düşünməsi tələb olunur. Bu ritual mürşidin mənəvi hakimiyyətini daimi saxlayan psixoloji və ideoloji mexanizm rolunu oynayır.

“Sofi” olmaq: ibadət, itaət və pulsuz əmək

Tövbə alan şəxs Menzildə “Sofi” adlanır. Sofi olmaq yalnız mənəvi status deyil, eyni zamanda könüllü və ödənişsiz işçi olmaq deməkdir. Kənddə çay paylayan, yemək bişirən, çorba qarışdıran, camiləri təmizləyən, təşkilati işləri görən minlərlə insan Sofilərdən ibarətdir.

Bu işlər üçün heç bir maddi qarşılıq verilmir. Sofilər inanırlar ki, bu xidmətlərin əsl qarşılığı axirətdə savab olaraq veriləcək. Bu anlayış Menzilin nəhəng təşkilatlanmasını minimal xərclə idarə etməsinə, eyni zamanda müridlərin cəmiyyətdən qopmasını çətinləşdirən güclü psixoloji bağ yaratmasına səbəb olur.

Heç vaxt bitməyən çorba əfsanəsi

Menzil cəmiyyətinin simvollarından biri də “heç vaxt bitməyən çorba”dır. Kəndin mərkəzində yerləşən böyük çorbaxana günün bütün saatlarında fəaliyyət göstərir. Rəvayətə görə, ilk illərdə burada az miqdarda ərzaqla yüzlərlə insan doyurulub və qazanın dibi heç vaxt görünməyib. Sofilər bu çorbanın Allahın bərəkəti ilə, hətta mələklər tərəfindən artırıldığına inanırlar. Çorbanın xəstəliklərə şəfa verdiyi, asılılıqlardan xilas etdiyi barədə saysız-hesabsız hekayələr danışılır. Menzil çörəyi və çorbası müridlər üçün ailələrinə aparacaqları “ən dəyərli hədiyyə” sayılır.

Bu əfsanə, dini motivlərlə bərabər, cəmiyyətin mənəvi cazibəsini və kollektiv inancı diri saxlayan əsas elementlərdən biridir.

İnanc turizmi və Buhara Evləri

Menzil təkcə tövbə yeri deyil, eyni zamanda inanc turizmi mərkəzinə çevrilib. “Buhara Evləri” adlanan və 41 blokdan ibarət olan böyük kompleks devre-mülk sistemi ilə idarə olunur. Hamam, hovuz, sauna, termal sular, akvapark kimi imkanlar təqdim edilir. Ziyarətçilər burada bir neçə gün qalaraq həm dini mərasimlərdə iştirak edir, həm də cəmiyyətin sosial həyatına tam daxil olurlar.

Siyasət: Ərdoğana açıq dəstək

Menzil cəmiyyəti uzun illər siyasətlə məsafəli olduğunu iddia etsə də, son illərdə bu mövqe dəyişib.

2023-cü il prezident seçkiləri öncəsi Menzilə bağlı Semerkand Vakfı, Beşir Dərnəyi, GençKon və TÜMSİYAT açıq bəyanatla Prezident Rəcəb Tayyib Ərdoğanı və Cumhur İttifaqını dəstəklədiklərini elan ediblər. Bu açıq siyasi mövqe cəmiyyətin artıq siyasi gücünü gizlətmədiyini göstərir. Bu dəstəyin qarşılığında isə ölkədə daha geniş manevr imkanları əldə etdikləri iddia edilir.

İqtisadi imperiya: Təriqətdən holdinqə

Menzil ətrafında formalaşan Semerkand şəbəkəsi faktiki olaraq holdinq strukturu yaradıb. Media (Samarkand TV), nəşriyyat, qida, səhiyyə, turizm, enerji, təhsil sektorlarında birbaşa və dolayı Menzil bağlantılı qurumların olduğu bildirilir. Beşir Dərnəyi vasitəsilə toplanan milyonlarla lirəlik yardımlar, vergi güzəştləri və “kamu yararına” statusu bu iqtisadi gücü daha da artırır.

Səhiyyə, bürokratiya və ciddi iddialar

Ankara kulislərində uzun illərdir “Səhiyyə Nazirliyi Menzilçilərin nəzarətindədir” fikri dolaşır. Keçmiş səhiyyə naziri Recep Akdağın cəmiyyətə yaxın olduğu iddiaları dəfələrlə gündəmə gəlib. İstanbul Pendikdəki MSEY Hospital Menzil bağlantılı səhiyyə qurumu kimi tanınır. Pandemiya dövründə COVID-19 testləri ilə bağlı yüksək məbləğli tenderlərin cəmiyyətə yaxın şirkətlərə verilməsi bu iddiaları gücləndirib.

Deprem, Kızılay və yardım qalmaqalı

6 fevral 2023 zəlzələsindən sonra Kızılayın Menzil bağlantılı olduğu iddia edilən şirkətlərdən tendersiz böyük həcmdə yardım məhsulları alması cəmiyyətdə ciddi narazılıq yaradıb.

Liderin ölümü və daxili parçalanma

2023-cü ildə “Gavs” kimi tanınan Abdülbaki Erolun vəfatından sonra cəmiyyət üç qardaş arasında bölünüb. Ən diqqətçəkən qərar isə əvvəlki tövbələrin ləğv edilməsi və bütün müridlərin yenidən tövbə almalı olması olub. Bu, cəmiyyət daxilində ciddi parçalanma yaradıb.

FETÖ müqayisəsi və qorxu

Türkiyədə bir çox jurnalist və analitik Menzilin sürətlə böyüyən gücünü FETÖ modeli ilə müqayisə edir. Diyanət İşləri Başkanlığının 2019-cu il hesabatında da Menzilin bürokratik təşkilatlanmasının orta və uzunmüddətli risklər yarada biləcəyi qeyd olunur.

Menzil kəndi bu gün tövbə üzərindən qurulan mənəvi bağlılıq, bitməyən çorba əfsanəsi, pulsuz əmək sistemi, açıq siyasi mövqe və dövlətə qədər uzanan iqtisadi-bürokratik şəbəkə ilə Türkiyənin ən çox müzakirə olunan dini quruluşlarından birinə çevrilib. Bu strukturun gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi və dövlət üçün risk yaradıb-yaratmayacağı isə hələ ki cavabsız qalan ən kritik sualdır.

Rumiyyə Miraslan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri