Icma.az
close
up
RU
Tövbə edin ki, zülm bitsin

Tövbə edin ki, zülm bitsin

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22.02.2002) mənə agah oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur (tarixdəki bütün rəqəmlər də 2-dir).

Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:

“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax:“Tövbə” (9) surəsinin ilk üç ayəsinə).

Dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Müraciətimdə 22 iyindan etibarən Yerə böyük bəlalar enəcəyini xəbər verdim və sübutlar (hesablamalar) təqdim etdim…

Nəhayət, 22 iyunda (2002) Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə 22 təkan qeydə alındı və bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi). Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik.

Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə dəlil gətirək: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri Günəş tutulması baş verib (286 ədədi Kəbədəki Quranın səhifələrinin sayıdır):

1) Birinci Qurban bayramının 286-cı günü – 14 dekabr 2001-ci il tarixdə Günəş tutulub;

2) İkinci Qurban bayramının 286-cı günü – 4 dekabr 2002-ci il tarixdə Günəş tutulub;

3) Üçüncü Qurban bayramının 286-cı günü – 24 noyabr 2003-ci il tarixdə Günəş tutulub.

4) Eləcə də 22 iyun 2002-ci il tarixinin 286-cı günü - 3 aprel 2003-cü ildə də Günəş tutulub.

Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin  doğruluğunu sübut edir.

Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi.

Elmi-lədun hesablamalarımız göstərir ki, 2(00)2-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları daşqınlar, yanğınlar… bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır.

22 həm də baş rəmzidir

Yeri gəlmişkən, “Quran”ın 22-ci surəsi “Həcc” adlanır. Bildiyimiz kimi, Kəbə evi dünyanın mərkəzi olmaqla, enerjinin BAŞlanğıcıdır. 9-cu surənin isə, “Bismillah”sız başlamasının səbəbi odur ki, bu surə 22-ci surənin davamıdır. Bunu 9-cu surənin yuxarıda qeyd etdiyim ilk üç aysindən görmək olur:

“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”... (Bax: “Tövbə”(9) surəsinin ilk üç ayəsinə).

Riyazi dildə desək, “Quran”da "iyirimi iki" "doqquza" çevrilir.

Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (sıfır məna bildirmədiyindən mötərizəyə aldıq) bunlardan 22-si BAŞdadır.

“Biz hər şeyi sayıb yazmışıq”. Quran, 78:29

"22"nin "9"a çevrilməsi “Quran” və anatomiyada olduğu kimi, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi enerji ilə işləyən cihazların üzərindəki yazıya cəlb etmək istəyirəm: bütün cihazlarınızın üzərində 220 ədədi həkk olunub. Yuxarıda qeyd etdik ki, insan 220 sümüyün birləşməsindən yaranıb. Deməli 220 ədədi insanın da üzərində həkk olunub. 

İndi isə, cihazların daxilində qoyulmuş transformatorların funksiyasına nəzər salaq: bu transformatorlar 220 voltluq enerjini bir qayda olaraq 9-a çevirirlər (!).

Göründüyü kimi, bütün elmlərdə “22” “9”a çevrilir. Bu da  ikinci Quraban bayramı günü bizə Qurandan agah olan xəbərin doğruluğunu bir  daha təsdiq edir.

Həmçinin, belə qənaət hasil olur ki, insan öz enerjisini əməli işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir.

Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir.) qanunlarına tabe olmayıb, enerjisini günah işlərə (özündən aşağılara zülm etməyə, pozğun həyat tərzi keçirməyə, insanları aldatmağa...) sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin, pandemiyyanın...) artması da məhz bu amillərlə əlaqədardır...

Odur ki, insanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, vəzifədə olanlar özlərindən aşağı təbəqələrə zülm etməməli, haqqı, ədaləti bərqərar etməlidirlər.

Aşağı təbəqədə olanlar da tövbə etməli, biri-birlərini aldatmamalı, yalandan üzə durub kimisə şərləməməli, pozğun həyat tərzi keçirməməli, harama meyl etməməli, tərəzidə, verdikləri sözdə... düz olmalıdırlar. Belə etsələr gələn bəlalardan qurtula biləcəklər... 

İnsanlar fiziki qanunauyğunluğa tabe olmayanda həyəcanlı hadisələr artır

Yuxarıda 22 və 9 ədədlərindən bəhs etdik. Bu ədədlərin fərqi 13-ə bərabərdir: 

 22 - 9 = 13 

13 ədədi haqda keçən yazımızda geniş bəhs edərək, həyəcan rəmzi olduğunu hesablamalarla göstərdik. 

Qeyd etdik ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13) 

İnsanlar tövbə etmədiklərinə görə öz enerjilərini əmələ çevirərkən onu vicdanlarının (oxu: daxili transformatorlarının) süzgəcindən keçirmirlər. Nəticədə etdikləri günahlar ucbatından dünyada bədbəxt (həyəcanlı) hadisələr artmaqda davam edir... Rəbbim Quranda buyurur ki,

 "Biz heç kəsə zülm etmirik, insan zülmü özü (əməlləri ilə) qazanır".

Onu da qeyd edək ki, xəbərdarlığı aldığımız əsrin ikinci Qurban bayramından etbarən Dünyanın Mənəviyyat Mərkəzi Azərbaycandır. Yəni, ALLAH Öz bəndələrinə etdiyi xəbərdarlıqları bu məkandan paylaşmaqdadır. Hazırda Yerdə baş verən hadisələrin sirrini bilmək və gələcəkdə nələr olacağını öyrənmək üçün Dünyanın gözü Azərbaycandadır (bildiyim qədər bu məqsədlə Dünyanın bütün ölkələrinin təhlükəsizlik xidmətləri profilimi izləyib, məqalələrimi (özəlliklə də təyyarə qəzaları ilə bağlı yazılarımı) Analitiq İnformasiya mərkəzlərində təhlil edirlər). 

Qeyd: “Quran” biz insanlara göndərilmiş vəhylər toplusudur. Bu vəhylərə əməl edən şəxs, mənbəyi bu kitabda olan (!) əlavə vəhylər də qəbul edə bilər (və yaxud, buradakı vəhylərin alt qatında olan sirlərdən agah ola bilər).

Bugünkü Qurban bayramınızı təbrik edərək, bir daha vəzifəsindən aslı olmayaraq, bütün insanları tövbə etməyə, doğru yola qayıtmağa dəvət edirəm. Çünki, bildiyim qədər çox yaxın dövrlərdə qəfil böyük hadisələr baş verəcək ki, bundan ancaq tövbə etmiş adamlar sağ çıxacaqlar. Beləliklə, proses başa çatacaq və bəşəriyyətin kamillik dövrü başlayacaqdır. 

Bütün bunları ona görə təkrar-təkrar tirajlayıram ki, indiki şeytani dövr sizin (xalqın çox hissəsinin) günahları üzərində bərqərardır. Əgər sizlər tövbə edib, günahlarınıza son qoysanız ölkədəki zülm tezliklə bitər. Yəni, siz günahlarınıza son qoysanız, Allah da zülmə son qoyar. Allah buna qadirdir (Allahı aciz bilməyin, yaxın günlərdə buna əmin olacaqsınız). Odur ki, tövbə edin və imkan verin ki, zülm bitsin! 

Elə bilməyin ki, siz tövbə etməsəniz zülm bitməyəcək! Xeyr, sizin tövbə edib etməməyinizdən aslı olmayaraq zülm çox qısa vaxtda bitəcək və kamillik dövrü başlayacaq. Sadəcə, tövbə etməyənlər kamillik dövrünə keçə bilməyəcək.... 

Hamınızın kamillik (yaxud, Pangeyizm) dövründə yaşamağınızı arzulayan: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 İyun 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri