Türkiyənin müharibəyə qoşulacağı ilə bağlı iddialar dezinformasiyadır
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial mediada Türkiyənin İranın tərəfində müharibəyə qoşulacağı və ya Livana daxil olacağı ilə bağlı yayılan məlumatların dezinformasiya olduğu bildirilib.
Bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir.
Qeyd olunub ki, Ankara münaqişənin əvvəlindən etibarən müharibənin tərəfi olmadığını açıq şəkildə bəyan edib.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hücumların tezliklə dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və davamlı sülhün təmin olunması üçün intensiv diplomatik səylər göstərir.
Açıqlamada vurğulanıb ki, Türkiyənin bu mövqeyi, başda münaqişə tərəfləri olmaqla, beynəlxalq aktorlar tərəfindən də müsbət qiymətləndirilir.
Qeyd olunub ki, bu cür dezinformasiya xarakterli paylaşımlar psixoloji müharibənin bir hissəsi olmaqla, Türkiyənin imicinə zərər vurmaq və böhran zamanı oynadığı konstruktiv rolu kölgə altına almağa yönəlib.
İctimaiyyətə yalnız rəsmi mənbələrin açıqlamalarına etibar etmələri tövsiyə olunub.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 30 Mart 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















