Icma.az
close
up
RU
Türkiyənin “Roketsan” şirkətinin nümayəndələri BMU da olub Fotolar

Türkiyənin “Roketsan” şirkətinin nümayəndələri BMU da olub Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Türkiyənin raket istehsalı ilə məşğul olan “Roketsan” şirkətinin Azərbaycandakı təmsilçisi “Azroksan”ın rəhbərliyi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə “Bayraktar Teknoloji Azerbaycan” və Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndələri də iştirak ediblər. 

Təmsil etdiyi şirkət haqqında ətraflı informasiyalar verən Mehmet Ali Tahancalıo “Azroksan”ın Türkiyənin raket istehsalı ilə məşğul olan “Roketsan” şirkətinin Azərbaycandakı təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirib. “Roketsan” ilə STP-nin birlikdə yaratdığı “Azroksan”ın hədəflərini diqqətə çatdıran qonaq şirkətin müdafiə sənayesi üçün məhsullar istehsal və dizayn etmək, eləcə də satışını həyata keçirmək istiqamətində çalışdığını deyib. Habelə bunun üçün bacarıqlı mühəndislərə ehtiyac duyulmasından, BMU ilə əməkdaşlığın əhəmiyyətindən, mexanika, elektrik və elektronika, kimya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrə şirkətdə, həmçinin Türkiyədə nüfuzlu müəssisələrdə təcrübə imkanlarının yaradılması mümkünlüyündən danışıb.

Görüşdə BMU haqqında qonaqlara geniş məlumat verən rektor Yaqub Piriyev universitetin mövcud imkanları, həmçinin elmi-tədqiqat potensialı, Cənubu Koreya və Çin universitetləri ilə ikili diplom proqramları barədə zəruri informasiyaları təqdim edib. Universitet-sənaye işbirliyinin əhəmiyyətini vurğulayan rektor bu baxımdan qardaş ölkə olan Türkiyənin nüfuzlu şirkətləri, o cümlədən “Bayraktar Teknoloji Azerbaycan” ilə qurulan əlaqələrə, bu yaxınlarda imzalanan müqaviləyə diqqət çəkib. Yaqub Piriyev universitetdə nəzərdə tutulan yeniliklər, eləcə də BMU tələbələrinin uğurlu startap layihələrindən də ətraflı bəhs edib və mümkün əməkdaşlıq istiqamətlərini vurğulayıb. 

Müzakirələrlə davam edən görüşdə yaxın gələcəkdə BMU ilə “Azroksan” arasında əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi nəzərdən keçirilib.

Sonda qonaqlar BMU-nun laboratoriyaları, Texnoparkı ilə tanış olublar.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see222

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see189

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see170

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see169

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see166

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see144

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see141

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see132

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see132

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see128

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see127

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see123

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see122

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see121

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see120

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see119

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see119

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see117

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri