MÜSİAD və GOSB Texnoparkının nümayəndələri BMU da FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi və Gebze Organize Sanayi Bölgesi (GOSB) Texnoparkının rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
"Unikal" xəbər verir ki, BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi görüşdə rektor Yaqub Piriyev universitetin fəaliyyəti, müasir laboratoriyaları, həmçinin son illər həyata keçirilən mühüm yeniliklərlə bağlı qonaqlara ətraflı məlumat verib.
Görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, GOSB Texnoparkının baş direktoru professor Murat Çemberci və başqaları çıxış edərək sahibkarlıq ekosisteminin inkişafı, eyni zamanda BMU ilə əməkdaşlığın mümkün istiqamətlərinə dair fikirlərini bölüşüblər.
Universitet-sənaye iş birliyi yönündə əməkdaşlığın artırılması ilə bağlı geniş fikir mübadiləsinin aparıldığı görüşdə texnoparkların əhəmiyyətindən bəhs olunub. Bununla yanaşı, BMU Texnoparkı haqqında da ətraflı məlumat verilib, habelə Abşeron rayonunda həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 24 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















