Icma.az
close
up
RU
Türkiyənin simvolik addım planı: Ankara ənənəvi siyasi xəttini davam etdirir

Türkiyənin simvolik addım planı: Ankara ənənəvi siyasi xəttini davam etdirir

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Türkiyə ilə Ermənistan arasında "simvolik addımlar"ın atılması deyəndə, yəqin ki, sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması kimi məsələlər nəzərdə tutulur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn il ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılması prosesində "simvolik addımlar" atacağı barədə bəyanatını şərh edərkən deyib. 

Politoloq bununla yanaşı, qeyd edir ki, Ərdoğan İrəvanla münasibətlərin normallaşması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ön şərt kimi irəli sürməkdə davam edir:

"Eyni zamanda, hər iki ölkə vətəndaşlarının qısa müddətə olsa da, qarşılıqlı olaraq səfərlərə müddətin tanınması kimi qeydlər də göstərilə bilər. Amma Ərdoğan bu fonda xüsusi olaraq vurğulayır ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının gedişinə uyğun olaraq Ankara ilə İrəvan arasında münasibətlərin inkişafının da şahidi olacağıq. Bu o deməkdir ki, Türkiyə özünün ənənəvi siyasi xəttini davam etdirir, İrəvanla münasibətlərin normallaşması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ön şərt kimi irəli sürməkdə ardıcıldır".


Ekspertin fikrincə, Ankara tərəfindən İrəvana edilən bu jest Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində həm də Ermənistan uğrunda Rusiya ilə Qərbin amansız rəqabətində Türkiyə və Azərbaycanın maraqlarına uyğun olaraq revanşistlərin deyil, hazırkı Paşinyan hakimiyyətinin iqtidarda qalmasına hesablanıb:

"Çünki Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi yenidən Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarının qabardılması deməkdir. Ona görə Türkiyə belə bir addım atmaqla əslində həm dolayısı ilə Paşinyanın xalqından dəstək almasına, başqa sözlə həm də özünün geosiyasi maraqlarına zəmin hazırlayır". 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın gələn il İrəvanla münasibətlərin normallaşdırılması prosesində "simvolik addımlar" atacağına işarə vurub: "Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa indiyə qədər olduğundan daha yaxındırlar. Azərbaycanla dialoqumuzda Ermənistanla münasibətlərin normallaşdırılması prosesini də davam etdiririk. İnşallah, gələn ilin əvvəlindən başlayaraq bəzi simvolik addımlar atacağıq".

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri