Icma.az
close
up
RU
Türkiyənin son həmləsi hər şeyi məhv edəcək: Hədəfdə bu ölkə var

Türkiyənin son həmləsi hər şeyi məhv edəcək: Hədəfdə bu ölkə var

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İsrailin “Maariv” qəzeti Türkiyənin Liviyanın şərqindəki Xəlifə Haftar hökuməti ilə diplomatik əlaqələr qurmasını və Benqazidə konsulluq açmasını diqqət mərkəzinə gətirib.

Globalinfo.az xəbər verir ki, nəşr bu addımı həm vacib diplomatik dönüş, həm də təəccüblü siyasi jest kimi xarakterizə edib.

Qəzetin təhlilinə görə, avqust ayında TCG Kınalıada hərbi gəmisinin Benqaziyə səfəri və ardınca konsulluq açılması Ankaranın Haftar administrasiyası ilə münasibətləri rəsmiləşdirmək niyyətindən xəbər verir. “Maariv” bu gedişi Osmanlı İmperatorluğunun bölgədəki nüfuzunun bərpası istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib.

Təhlildə qeyd olunur ki, Liviya artıq iyirmi ilə yaxındır vətəndaş müharibəsi yaşayır və bu müddət ərzində müxtəlif güclərin dəstəklədiyi qarşıdurmalar ölkəni zəiflədir. 2014–2020-ci illərdə ABŞ və Rusiyanın dəstəyi ilə Haftar qüvvələri güclənsə də, Türkiyənin Tripoli mərkəzli hökumətə hərbi yardımı müharibənin gedişini dəyişib.

“Maariv” yazır ki, Ankara bu müdaxilə ilə balansı öz xeyrinə dəyişib və bəzən Tripoli hökumətinin “Türkiyənin nəzarəti altında” olduğu barədə fikirlər də səsləndirilib.

İsrail nəşri qeyd edir ki, bu addım bölgədəki güc balansını dəyişdirə və uzunmüddətli geosiyasi təsirlər yarada bilər. Qəzetin fikrincə, Türkiyənin Benqazidə konsulluq açması 100 ildən sonra Osmanlı reputasiyasının qismən bərpası kimi şərh olunur.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri