Icma.az
close
up
RU
Britaniya və Almaniyadan SAVAŞ XƏBƏRDARLIĞI Hədəfdə bu ölkə var...

Britaniya və Almaniyadan SAVAŞ XƏBƏRDARLIĞI Hədəfdə bu ölkə var...

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa ilə Rusiya arasında birbaşa toqquşma ehtimalı günü-gündən artır. Belə ki, Böyük Britaniya və Almaniyanın ali hərbi rəhbərləri ictimaiyyətə müraciət edərək yenidən silahlanmanın “mənəvi” əsaslarını qəbul etməyə və Rusiya ilə mümkün müharibə təhlükəsinə hazır olmağa çağırıblar.
Müraciət Böyük Britaniyanın Müdafiə Qərargah rəisi, baş marşal Riçard Naiton və Almaniyanın müdafiə rəisi general Karsten Broer tərəfindən edilib.
Onların iddiasına görə, Rusiyanın hərbi mövqeyi “qəti şəkildə qərbə doğru dəyişib”. Bu fonda onların fikrincə, Avropanın müdafiə və təhlükəsizlik sistemində “qəti dəyişikliklərə” ehtiyac var.
Hərbi rəhbərlər əlavə ediblər ki, mövcud təhdidlərin mürəkkəbliyi “qitə üzrə ictimaiyyətlə açıq və dürüst dialoq” tələb edir və müdafiə məsələsi yalnız hərbçilərin prerogativi ola bilməz.
Onu da vurğulayaq ki, keçirilən sorğulara görə, hər iki ölkədə əhalinin əksəriyyəti yaxın beş il ərzində Üçüncü Dünya Müharibəsi ehtimalını yüksək qiymətləndirib.
Görünən odur ki, Böyük Britaniya və Almaniya rəsmən Rusiya ilə savaş hazırlıqlarını elan edirlər.
Kreml isə bomba sığınacaqlarının bərpasına başlamaq əmri verib.
Məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi hazırda ölkənin 82 bölgəsində 20 mindən çox bomba sığınacağını bərpa etməklə məşğuldur.
Bu barədə məlumat verən nazirliyin rəhbəri Aleksandr Kurenkovun sözlərinə görə, 45 bölgədə xəbərdarlıq sisteminin hazırlıq planları təsdiqlənib. Sığınacaqların və təxliyə məntəqələrinin ünvanları Dövlət Xidməti portalında yerləşdirilib. Bu işin həyata keçirilməsinə 155 milyard rublun sərf ediləcəyi gözlənilir.
Olmaya Qərblə Rusiya arasında savaş başlayır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Almaniya və Böyük Britaniya hərbçiləri tərəfindən Rusiya ilə mümkün müharibə ssenarisinə hazır olmaqla bağlı səslənən bəyanatlar sadəcə olaraq, bu mərkəzlərin özlərini daha güclü şəkildə təqdim etmək məqsədi daşıyır:
“Münhen konfransından sonra belə təəssürat yaranıb ki, Avropada Almaniya, Fransa və Böyük Britaniya olmaqla ən azından 3 siyasi-hərbi mərkəz yaradılır.
Onların hər bir məsələdə mövqelərinin üst-üstə düşəcəyinə isə inanmıram. Hazırki mərhələdə səslənən bu cür bəyanatlar onu göstərir ki, Avropa İttifaqında ümumi siyasət deyilən məsələ yoxdur. Müxtəlif mövzulara aid bir-birinə zidd bəyanatların şahidi olacağıq.
 

Almaniya və Böyük Britaniya hərbçiləri tərəfindən Rusiya ilə mümkün müharibə ssenarisinə hazır olmaqla bağlı səslənən bəyanatlar isə yaranan bu mərkəzlərin özlərini daha güclü şəkildə təqdim etmək məqsədi daşıyır. Ona görə də Rusiya ilə konfrantasiya fonunda belə bəyanatlar verirlər”.


Bu əsasda da həmsöhbətimiz Qərblə Rsiya arasında birbaşa savaşı istisna edir:
“Nüvə dövlətləri arasında birbaşa savaşın olması ehtimalı isə sıfıra bərabərdir. Nüvə silahının ən yaxşı cəhəti odur ki, onu istifadə etmək olmaz. Çünki istər-istəməz cavab  elə olacaq ki, ondan tərəflərdən heç biri hər hansısa bir fayda əldə edə bilməyəcək. Bu baxımdan da Avropa ilə Rusiya arasında birbaşa savaşı istisna edirəm”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Fevral 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri