Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Türkiyənin təcrübəsi Azərbaycana dəstəkdir

Türkiyənin təcrübəsi Azərbaycana dəstəkdir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Qardaş ölkə modelindən istifadə moda, dizayn və turizmdə Azərbaycana sürətli irəliləyiş gətirəcək

Peşə təhsili sayəsində azad olunmuş ərazilərdə mütəxəssis çatışmazlığı aradan qalxacaq

Milli Məclis Azərbaycan və Türkiyə arasında təhsil və peşə təhsili sahəsində əməkdaşlıqla əlaqədar əlavə protokolları ratifikasiya edib.

Bununla bağlı müvafiq qanun layihələri parlamentin dünənki plenar iclasında müzakirə edilib.

Qanun layihələri "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol"un təsdiqi və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiqi haqqındadır.

Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq üzrə mövcud hüquqi baza çərçivəsində, 2021-ci il 19 fevral tarixində Ankara şəhərində imzalanmış “Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”a Əlavə Protokolun Əlavəsi kimi “Türkiyə–Azərbaycan peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” hazırlanıb. Nümunəvi Nizamnamə Türkiyə–Azərbaycan peşə təhsili müəssisələrinin hüquqi statusunu, fəaliyyət istiqamətlərini, idarəetmə mexanizmlərini, tədris prosesinin təşkili prinsiplərini və qarşılıqlı əməkdaşlıq əsaslarını ümumi formada tənzimləyir. Bu sənəd hər bir konkret peşə təhsili müəssisəsi üzrə ayrıca nizamnamələrin hazırlanması, razılaşdırılması və dövlət qeydiyyatına alınması üçün əsas kimi nəzərdə tutulub.

Millət vəkili Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Cümhuriyyəti Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol ölkəmizdə peşə təhsili sahəsində son illər həyata keçirilən islahatların məntiqi davamı və tərkib hissəsi hesab oluna bilər.

O bildirib ki, bu yanaşma özünü Əmək Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə də büruzə verir:"Gənclərin əmək bazarına daha erkən və təhlükəsiz çıxışı, istehsalat təcrübəsinin hüquqi çərçivəyə salınması, şagird və tələbələrin əməyinin qorunması, işəgötürən–təhsilalan münasibətlərinin aydın və şəffaf tənzimlənməsi peşə təhsili sahəsindəki islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, dövlətlərarası əməkdaşlıq prioritetlərində də yer aldığını, sistemli, ardıcıl xarakter daşıdığını təsdiqləyir. Bu gün müzakirə etdiyimiz sənəd isə peşə təhsili sahəsində çoxillik və nəticəyönlü təcrübəyə malik olan Türkiyə Cümhuriyyəti ilə birlikdə, ölkəmizdə həyata keçirilən islahatların növbəti mərhələsi üçün institusional və praktik mexanizm yaradır. Qeyd edim ki, peşə təhsili əmək bazarının formalaşmasının zəruri elementlərindən biri olmaqla yanaşı, həm də sosial xarakter daşıyır və iqtisadi inkişafın zəruri mexanizmlərindən biri kimi çıxış edir".

Deputatın sözlərinə görə, peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli Sərəncamı dövlətimizin bu sahəyə strateji baxış bucağını açıq şəkildə nümayiş etdirir: "Cənab Prezidentin Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi, inşa edilməsi nəzərdə tutulan yeni peşə təhsili müəssisələrinin necə idarə olunacağı, hansı model əsasında fəaliyyət göstərəcəyi, əmək bazarı ilə necə əlaqələndiriləcəyi olduqca mühüm əhəmiyyət kəsb edən və peşə təhsili sahəsində həyata keçirilən islahatların davamlı nəticələrə yol açması baxımından mühüm əhəmiyyətə malikdir. Məhz bu baxımdan hazırda müzakirə etdiyimiz əlavə protokolda yer alan əməkdaşlıq istiqamətlərinin nə qədər önəmli olduğunu vurğulaya bilərik. Sənəddə nəzərdə tutulan mexanizmlər peşə təhsilinin istehsalatla birbaşa inteqrasiyasını, tələbələrin real müəssisələrdə təcrübə keçməsini, sığorta, əməkhaqqı və təhlükəsizlik məsələlərinin milli əmək qanunvericiliyinə uyğun tənzimlənməsini, diplom və sertifikatların qarşılıqlı tanınmasını təmin edir.

Bu yanaşma, faktiki olaraq peşə təhsilinin təcrid olunmuş məhdud anlayış çərçivəsindən çıxarılaraq, əmək bazarının ayrılmaz və əhəmiyyətli bir hissəsinə çevrilməsinə imkan yaradır".

E.Mirzəbəyli həmçinin bildirib ki, xüsusilə vacib məqam ondan ibarətdir ki, Əlavə Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək, şəffaf maliyyə və audit mexanizmlərinə malik olacaq, sözügedən müəssisələrin strateji inkişaf xətti isə Azərbaycan və Türkiyə tərəfinin birgə İdarəetmə Şurası vasitəsilə müəyyən ediləcək: "Bu model cənab Prezidentin Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamından irəli gələn vəzifələrin icrasına, peşə təhsili, əmək və məşğulluq sahəsində həyata keçirilən islahatların uğurla davam etdirilməsinə xidmət edir”.

“Azərbaycan və Türkiyə arasında imzalanan yeni sənədi bu gün hər iki qardaş ölkə tarixinin ən şanlı və şərəfli dövrlərini yaşayır. Tarix boyu Azərbaycan və Türkiyə həm sevincli, həm də çətin günlərdə daim bir-birinin yanında olub və Vətən müharibəsi bu birliyi bir daha təsdiqləyib".

Bunu isə deputat Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, qəbul edilən sənəd təkcə təhsil sahəsində əməkdaşlıqla məhdudlaşmır, ümumilikdə Azərbaycan–Türkiyə münasibətlərinin bütün istiqamətlər üzrə davamı və daha da möhkəmlənməsi baxımından mühüm töhfədir.

C.Məmmədov vurğulayıb ki, iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq artıq yüksək səviyyədədir və Azərbaycan-Türkiyə Universiteti bu əməkdaşlığın uğurlu nümunəsidir. Onun fikrincə, universitetin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var.

Deputat eyni zamanda peşə təhsili sahəsində əməkdaşlığın gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib: "Bir müddət əvvəl İlham Əliyev peşə təhsili sahəsində mühüm Sərəncam imzalayıb və bu sənəd yeni bir peşə təhsili müəssisəsinin tikintisini, eləcə də iki peşə təhsili müəssisəsinin əsaslı təmirini nəzərdə tutur. Azərbaycan–Türkiyə əməkdaşlığı peşə təhsili sahəsində birgə fəaliyyətə də ciddi töhfə verəcək". C.Məmmədov həmçinin Türkiyənin peşə təhsili sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayaraq, yeni peşə standartlarının hazırlanması və tətbiqinin, həmçinin peşə təhsili ilə real əmək bazarı arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib.

Təhsil eksperti Elçin Süleymanov da “Şərq”ə açıqlamasında Azərbaycanla Türkiyə arasında peşə təhsili sahəsindəki əməkdaşlığa dair Protokolun təsdiqlənməsini təqdir edib. Onun sözlərinə görə, Türkiyənin peşə təhsili sahəsində kifayət qədər təcrübəsi var: “Orada həm universitetlərin nəzdində kolleclərə bənzər “Meslek Yüksek Okulu”, həm də liseylər var ki, orta təhsil verməklə yanaşı müxtəlif ixtisaslar öyrədilir, xüsusən də turizm sahəsində orta-ixtisas təhsili verilir. Bu, əslində, Almaniya modelidir. Orada da liseylərdə tədris həm orta təhsili, həm də müəyyən peşələri əhatə edir. Arzu edənlər təhsilini davam etdirir, istəməyənlər qazandıqları peşə bilikləri ilə orta səviyyəli mütəxəssis kimi fəaliyyət göstərə bilirlər. Azərbaycanda da Sovet dövründə texniki peşə məktəbi təcrübəsi var idi. Müstəqillik illərində deqradasiyaya uğradı. Sonradan peşə təhsili üzrə müəyyən struktur islahatları aparıldı, Agentlik yaradıldı. Həm ölkənin prioritetləri istiqamətində, həm də bəzi xarici ölkələrin dəstəyi ilə bir neçə peşə təhsili mərkəzi quruldu. Peşə təhsili mərkəzləri dünya təcrübəsində zavod və fabriklərin nəzdində də yaradılır. Azərbaycanda bu təcrübə Sumqayıt Texnoparkında tətbiq edilib”.

Ekspert həmçinin əlavə edib ki, Türkiyə təcrübəsindən istifadə dərslik, pedaqoji heyət və maddi-texniki bazanın inkişafına dəstək verəcək: “Azərbaycan sürətlə inkişaf edir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatı, sənaye və istehsalat və turizm sektorlarında mütəxəssislərə ehtiyac var. Türkiyədə moda, dizayn, tekstil sektoru, mebel və interyer sahəsi və turizm sektorunda Türkiyənin təcrübəsinə ehtiyacımız var. Çünki Türkiyə bu sahələrdə dünyada aparıcı ölkələrdəndir. Onun bu səviyyəyə gəlib çatmasında peşə təhsilinin rolu böyük olub. Türkiyədə peşə liseylərində istehsal edilən məhsulları tələbələr sata da bilirlər, bu da onlara stimul verir. Həm gəlir əldə edirlər, həm də iş təcrübələrini artırırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri