Icma.az
close
up
RU
Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür FOTOLAR

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür FOTOLAR

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinin Mühasibat Baş İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisləri üçün “Dövlət Maliyyə İdarəetmə İnformasiya Sistemi Təlimi” təşkil olunub.

Təlim, Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci rəhbərliyində Türkiyədən gəlmiş təlimçilər tərəfindən 20–23 may tarixlərində Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilib. Təlimdə 51 rəhbər şəxs və mütəxəssis iştirak edib.

Təlimin açılış mərasimində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İdarəetmə İşləri üzrə rəhbəri Natiq Həsənov, Türkiyə Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci, TİKA Bakı Proqram Koordinatoru Hayreddin Özçelik iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İdarəetmə İşləri rəhbəri Natiq Həsənov iki ölkə arasındakı güclü münasibətlərin dövlət maliyyəsi sahəsində də davam etdiyini vurğulayaraq, təşkil olunan bu təlimin Türkiyənin bu sahədəki təcrübəsinin Azərbaycana ötürülməsi baxımından çox faydalı olduğunu qeyd edib. Natiq Həsənov təlimin təşkilində əməyi keçən Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinə və TİKA-ya təşəkkürünü bildirib.

Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci isə çıxışında bildirib: “Uzun müddətdir üzərində çalışdığımız və tətbiq etdiyimiz dövlət maliyyə idarəetmə informasiya sistemi ilə bağlı bilik və təcrübəmizi paylaşmaq, qardaş ölkə Azərbaycanla bu sahədə qarşılıqlı öyrənmək məqsədilə Bakıda olmaqdan məmnunluq duyuruq.”

TİKA Bakı Proqram Koordinatoru Hayyeddin Özçelik isə qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət maliyyəsinin idarə olunması sahəsində atılan qətiyyətli addımları və bu sahədə göstərilən uzaqgörən yanaşmanı təqdirlə izləyirik. TİKA olaraq həyata keçirdiyimiz bu təlim proqramı vasitəsilə Türkiyənin dövlət maliyyəsinin rəqəmsallaşdırılması yolunda əldə etdiyi təcrübələri dost və qardaş Azərbaycanla paylaşmaqdan böyük məmnunluq duyuruq.”

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri