Icma.az
close
up
RU
Türkiyənin turizm cənnəti Fəthiyə FOTOLAR

Türkiyənin turizm cənnəti Fəthiyə FOTOLAR

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin bütün bölgələri ilin bütün fəsillərində turizm üçün əlverişlidir. Maraqlıdır ki, son illər Ümumdünya Turizm Təşkilatı da Türkiyənin turizm üçün ən gözəl və münbit şərait olduğunu açıq etiraf edir. Pandemiyadan sonra turizmin yüksək səviyyədə artım tempinin əsas səbəbi isə turistlərin üçün yaradılan şəraitdən irəli gəlir. Həmçinin türk mətbəxinin gözəlliyi və tarixi abidələrin çoxluğu, çimərliklərin çoxluğu Avropa ölkələrinin, həmçinin Rusiya, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən turitlərin axınına səbəb olub. Türkiyənin ən gözəl bölgələrindən biri olan Fəthiyə haqqında bu yazımızda oxucularımızı tanış edəcəyik. Fəthiyə Türkiyə Muğla əyalətinin 13 bölgəsindən biridir.

Qədim tarixə malik bu Fəthiyə e.ə. VI əsrdə Əhəmənilər İmperiyasına ərazisinə daxil olub. E.ə. V əsrdə isə Delos Birliyinin himayəsində olub. Fəthiyə şəhərinin E.ə. V əsrdə salındığı güman edilir. Bölgə E.ə. 362-ci ildə Likiyaya daxil olur. Qədim dövrdə Telmessos adlandırılan şəhər Likiyanın Kariya ilə sərhəddə yerləşən bir əyaləti olub. Telmessos şəhərinin əfsanəsinə görə Finikiya kralı Agenorun qızına vurulan Apollon, köpək cildinə girərək utancaq qıza yaxınlaşır və evlənirlər. Doğulan oğlana Telmessos adını qoyan Apollon, qurduğu bu şəhərə Telmessos adı verir. Roma və Bizans dövründə olduqca böyük mədəniyyət mərkəzi olan Telmessos, Tanrı Apollona adanmış məşhur bir dini mərkəz olduğu da ehtimal olunur. Farsların Anadoluya hücumu zamanı Likiya torpaqları ilə birgə farsların hakimiyyəti altına girdi. Bu Torpaqları Farsların Kariya satrapı Mausolos idarə edirdi.

E.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin işağına məruz qalan Telmessos Makedoniyalılardan sonra Selevkilərin hakimiyyətini qəbul edir. E.ə. III əsrin sonlarında Misirdəki Lagos xanədanlığına daxil olur. Şəhər E.ə. 189-cu ildə Romalılar tərəfindən Bergama krallığına, E.ə. 133-cü ildə isə Likiya Birliyinə daxil olur. VIII əsrdə Bizans imperatoru II Anastasinin şərəfinə şəhər Anatasiapolis olaraq adlandırıldı. Rum Səlcuqlu dövləti dövründə Menteşe bəy rəhbərliyindəki türk boyu Bizansla sərhəddə yerləşən Muğla əyalətinə yerləşdirilir. Rum Səlcuqlu dövlətinin çökməsi ilə Menteşeoğulları bu torpaqlarda 1261-ci ildə öz bəyliyini qurdular. 1284-cü ildə Anatasiapolis adlanan şəhər Menteşeoğulları bəyliyinə daxil olur. 1424-cü ildə Menteşeoğulları bəyliyi Osmanlılar tərəfindən işğal olunarkən Anatasiapolisdə osmanlıların hakimiyyətinə girdi. Bu dövrdə əyalətin adı Meğri olaraq dəyişdirildi. Rum dilində Meğri “uzaq diyar” kimi tərcümə edilir. Bölgənin bu günkü adı 1914-cü ildə təyyarə qəzasında şəhid düşən Fəthi bəyin şərəfinə Fəthiyə olaraq dəyişdirilir. Fəthiyə bölgəsi 11 may 1919-cu il tarixindən 20 iyun 1920-ci il tarixinə qədər İtalyanların işğalı altında qalıb. Məhz bu səbəbdən Fəthiyədə müxtəlif xalqların mədəniyyətini, yemək ənənələrini görmək mümkündür. Turistlərin bu bölgəyə axın etməsinin bir səbəbi də məhz budur.

Fəthiyə, Aralıq dənizi bölgəsinin qərbində, Muğla əyalətinə bağlı bir rayondur. Ümumi sahəsi 3059 km2-dir. Muğla əyalətidə daxil ən geniş əraziyə sahib rayondur. Şərqində və cənub-şərqində Antalya əyalətinə bağlı Korkuteli və Almalı rayonları, cənubunda, cənub-qərbində və qərbində Aralıq dənizi, qərbində Qapıdağ yarımadası, şimal-qərbində Dalaman rayonu, şimalında Dənizli və Burdur rayonları yerləşir. Qədim Telmessos şəhəri Fəthiyə rayonunda, Fəthiyə körfəzinin şərqində, Fəthiyə düzənliyinin cənub-qərbindədir. İzmir-Muğla istiqamətində gələrək Antalyaya çatan sahil yolu 1 km şərqindən keçir. Bu yolla əyalət mərkəzi Muğlaya 130 km məsafə var. Fəthiyə rayonunda bir çox zəlzələlər başvermişdir. Faktiki olaraq bilinən ilk zəlzələ 1856-cı ildə baş vermişdir. 25 aprel 1957-ci ildə saat 04:25-də 7.1 bal gücündə zəlzələ zamanı 67 nəfər ölmüş, 3200 bina zədələnmişdi. Təkrar bərpa edilərkən müasir bir limanda inşa edildi. 10 iyun 2012-ci ildə Ölüdəniz sahillərində 6.1 bal gücündə zəlzələdə ölən və yaralananlar olmasa da bir neçə bina xəsarət aldı. image-44

Fəthiyə rayonunun ümumi əhalisi 175 min nəfərdir.

Fəthiyə bölgəsi Türkiyənin əhəmiyyətli turizm bölgələrindən biridir. Fəthiyə şəhərinin simvolu olan Amitas məzarı şəhəri əhatə edən təpə üzərində yerləşir.

Burada o açıq hava muzeyi görüntüsü yaradır. IV əsrdə Telmessos şəhərinin başçısı Kral Amintaşın şərəfinə hazırlandığı bu məzarla yanaşı, Telmessos akropoluna aid olan və Əziz John Cəngavərləri tərəfindən inşa edildiyi Qala qalıqları var. Qalanı, Fəthiyəni bir dəniz limanı kimi istifadə edən Rodos cəngavərləri XV əsrdə bərpa etdilər. Fəthiyənin mərkəzində gəzinti zamanı, Hökumət evinin baxçasında yer alan üzərində döyüşçü yazıları olan Qəbirdaşı diqqətimizi çəkəcək. Bundan başqa qazıntılar nəticəsində ortaya çıxan Telmessos amfi teatrı ilkin Roma dövründə inşa edilib və 5000 nəfərlik binanın Bizans dövründə Arena olaraq istifadə edildiyi müəyyən edilmişdir. Bu teatr körpünün arxasında yerləşir. Burada Osmanlı tərəfindən 1791-ci ildə inşa edilən Köhnə Məscid və bu gündə istifadə edilən 14 qübbəli və 6 kəmərli bir quruluşa sahib Fəthiyə hamamıda var. Bu iki abidə Paspatur məhəlləsindən də görünür. Bundan başqa 2001-ci ildə Fəthiyə Şəhidlər Abidəsini də görə bilərsiniz. Abidənin üstünə həkk edilən yazılarda döyüşlərdə şəhid olan əsgərləri görə bilərsiniz.

Fəthiyə Muzeyi

Fəthiyə muzeyi şəhərin mərkəzində yerləşir. Likiya, Əhəmənilər, Ellinizm, Roma və Bizans dövründə aid arxeoloji əsərləri görə biləcəyimiz muzeyin etnoqrafiya hissəsində yerli əhaliyə məxsus tikiş nümunələri, əl işləri, kaftanlar və digər əşyalar nümayiş edilir. Burada xüsusilə Üzümlü bölgəsinə xas olan “Dastar” tikiş dəzgahı var. Muzeyin açıq hissəsində böyük daş bloklu əsərlər, qəbir məzarları və Likiya mədəniyyətinə aid “İzraza abidəsi” sərgilənir. Telmessos və ətrafındakı digər antik şəhərlərdən qazıntılar nəticəsində əldə edilən əşyaları Fəthiyə muzeyində görə bilərsiniz.

Bir sözlə öz gözəlliyi ilə turistlərin qəlbini ovsunlayan Fəthiyəyə yolunuzu salsanız, həm Roma, həm Bizans, həm də Türkiyə mədəniyyətinin, tarixinin izləri ilə üz-üzə qalacaqsınız. Fəthiyyə həm də dənizlə dağın, təbiətlə tarixin harmoniyasını özsndə əks etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri