Icma.az
close
up
RU
Türkiyənin Ukraynaya dəstəyi Rusiyanı narahat edir ŞƏRH

Türkiyənin Ukraynaya dəstəyi Rusiyanı narahat edir ŞƏRH

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Türkiyənin Ukraynaya dəstək olması, Rusiyanı narahat edir. Buna görə Türkiyə ilə danışıqlara getməyə çalışır".

Bu fikirləri politoloq Elçin Xalidbəyli Redaktor.az-a Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyə səfərini şərh edərkən dedi. Onun sözlərinə görə, hazırda Türkiyə və Rusiya arasında müzakirə olunacaq məsələlərin sırası kifayət qədər genişdir:

"Bu məsələlərin sırasında Ukrayna savaşının dayandırılması ilə bağlı proses daha ön planda yer alır. Çünki Amerika Birləşmiş Ştatları və Rusiya arasında Ukrayna savaşının dayandırılması ilə bağlı müzakirələr artıq çoxdan davam edir və faktiki olaraq ABŞ və Rusiya Ukraynanı bölüşdürmək prosesində ortaq məxrəcə gəlmiş kimi görünürlər. Hətta ABŞ Prezidenti Donald Tramp Rusiyanı beynəlxalq izolyasiyadan çıxarıb. Eyni zamanda Ukrayna savaşın Rusiyanın maraqlarına uyğun şərtlər daxilində sülh sazişinin imzalanması üçün münbit şərait yaratmağa başlayıb. Ancaq belə bir situasiyada Türkiyə dövriyyəyə girib və Ukrayna Prezidenti Volodimir Zelenskini Ankaraya dəvət edib, Ərdoğanla Zelenski arasında bir neçə saatlıq müzakirələr olub. Türkiyə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını növbəti dəfə birmənalı şəkildə bəyan edib".

Politoloqun fikrincə, Lavrov Ankaraya Ukrayna savaşının dayandırılması prosesi üzrə müəyyən anlaşmaların əldə edilməsi üçün göndərilib.

"Eyni zamanda Ukrayna savaşının dayandırılması prosesinin birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyü təmin olunmaqla reallaşdırılmasını tələb edir. Bütün bunlar Kremldə ciddi narahatlıq doğurur. Çünki hazırda Türkiyə beynəlxalq məkanda siyasi iradə sahibi olduğunu artıq təsdiqləyib. Türkiyənin razılığı olmadan onun müdaxilə etdiyi bu prosesin Rusiyanın maraqları çərçivəsində yekunlaşması o qədər də inandırıcı görünmür. Bu baxımdan Lavrov Ankaraya göndərilib və rəsmi Ankara ilə Kreml arasında Ukrayna savaşının dayandırılması prosesi üzrə müəyyən anlaşmaların əldə edilməsinə cəhd göstərilir. Eyni zamanda digər məsələlər də var. Bu məsələlərin sırasına Cənubi Qafqaz da daxildir. Həmçinin enerji resurslarının Türkiyə üzərindən Avropa bazarlarına çıxarılma məsələsi və digər geopolitik mövzuların da müzakirə olunma ehtimalı kifayət qədər yüksəkdir. Amma ilk növbədə Türkiyənin Ukrayna savaşının dayandırılması prosesi üzrə mövqeyinin Rusiya ilə uzlaşdırılmasına cəhdlər göstərildiyi qətiyyən şübhə doğurmur", - deyə E.Xalidbəyli bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri