Icma.az
close
up
RU
Türkiyənin Yaxın Şərq siyasəti: risklər nədən ibarətdir?

Türkiyənin Yaxın Şərq siyasəti: risklər nədən ibarətdir?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ölkələrin öz strateji maraqları üçün ən son addımı atmağı gözə aldığı bir dövrdə yaşayırıq. Dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsi, neçə müddətdir gözlənilən və dünən başlayan Pakistan-Hindistan müharibəsi, Suriya üzərindən davam Türkiyə-İsrail gərginliyi bu strateji maraqların müdafiəsi üçün atılan addımların bariz nümunəsidir. Bura Avropanın Rusiya qorxularını, ABŞ Prezidenti D.Trampın bütün stereotipləri sınağa çəkən istək və tələblərini də nəzərə alsaq dünya öz düzəninin ən çətin dövrünü yaşayır desək yanılmarıq.

Suriyada yeni hökumətin hakimiyyətə gəlməsi Yaxın Şərqdə tarazlıqları tamamilə kökündən dəyişdi. Türkiyənin mövqeyi Yaxın Şərqdə gücləndi. İsrail də fürsətdən istifadə edib yeni ərazilər ələ keçirmək planını həyata keçirməyə başladı. Türkiyə Suriyanın unitar quruluşunun saxlanılmadından yana olsa da, federal bölgələrə bölünməsi ehtimalı böyük olan durum yaranıb. Realpolitik olaraq federal quruluş Suriyada artıq qurulub. Türkiyə nəzarətli mərkəzi hökumət, cənub-qərbdə İsrail nəzarətində Druzların yaşadığı ərazilər, cənub-şərqdə isə ABŞ dəstəkli kürd qrupların nəzarətində olan ərazilər. Və bu federallaşmanın ciddi hərbi və siyasi əsasları vardır. Məsələ ondadır ki, mərkəzi hakimiyyətin zəifliyi, Türkiyənin Suriya daxilində ciddi şəkildə möhkəmlənə bilməməsi və qarşı güclərin iddialı duruşu durumu çıxılmaz vəziyyətə gətirir.

İsrail Suriyanın cənub-qərbində druzlar yaşayan əraziləri öz nəzarətinə götürməklə Suriyanın 15%-nə nəzarəti ələ almış oldu. İsrail və Türkiyə arasında qarşıdurma şəraiti yaransa da, son anda göründüyü qədərilə Bakıda yaradılmış əlaqə kanalı ilə əlaqə qurulub və vəziyyət nəzarətə götürülüb. Türkiyə və İsrail bir-birilərinin qırmızı xətlərini bilirlər. Tək bir insident, məsələn, Türkiyə təyyarəsinin İsrail tərəfindən vurulması və ya əksi, ya da iki tərəfdən birinin əsgərinin zərər görməsi böyük qarşıdurmaya səbəb ola bilər. Amma məsələ ondadır ki, bu qarşıdurmada bəzi həqiqətlər var. Fələstin məsələsində son il yarımda istər Türkiyə, istərsə də İran daxil fələstinlilərin müdafiəsinə qalxan bir sıra dövlətlərin onlara dəstəyi sözdən o tərəfə keçmədi. İsrail haqlı, ya haqsız HƏMAS-ı məhv edəndə bir-iki İsrail əsgərini vurub qaçan HƏMAS-ı qəhrəman elan etmişdilər. İsrailin məğlub olduğunu bəyan edirdilər, hansı ki, İsrail daha da qəzəblənib 50 minə yaxın fələstinlini öldürdü. 2 milyon fələstinli də evsiz-eşiksiz Qəzzada xarabalığa çevrilmiş binaların ətrafında çadırlarda yaşayırlar. Amma buna qarşı olan dövlətlər ancaq hədə gəlməklə məşğul oldular.

B.Netanyahu və R.T.Ərdoğanın Bakıya səfərləri gözlənilirdi. Hesab edirəm ki, Bakıda Suriyanın taleyi həll olunacaqdı. Buna görə tərəflər sahədə əllərini gücləndirmək istəyirlərdi, xüsusən İsrail tərəfi.

İki ölkə başçılarının Bakıda görüşmək ehtimalı böyük idi. Suriyanın da üç yerə bölünməsi ehtimalı kimi. Amma qəfildən Netanyahunun mayın 7-də Azərbaycana səfərinin təxirə salındığı xəbərləri yayıldı.

İsrail Baş naziri ofisinin yaydığı məlumatda deyilir ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirib. Səfər ərəfəsində isə məlum oldu ki, Türkiyə B.Netanyahunun Azərbaycana gəlişi üçün öz hava məkanından istifadə etməsinə icazə verməyib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli jurnalistlərə açıqlamasında deyib.

“İsrailin baş nazirinin təyyarəsinə hava məkanımızdan istifadə üçün icazə verildiyi iddiaları tamamilə həqiqətə uyğun deyil. Bu barədə bizə heç bir rəsmi müraciət daxil olmayıb”, - deyə diplomat bildirib.

Ötən ilin noyabrında Ankara İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinin hava məkanından keçməsinə icazə verməmişdi. Bu mövqe isə Qəzza zolağındakı vəziyyətlə əlaqədar ölkələr arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyuması ilə bağlıdır.

Türkiyənin bu məsələ ilə bağlı mövqeyi və İsrailin səfərlə əlaqəli təhlükəsizlik qayğıları, təbii ki, bu qayğı uçuş marşrutu ilə əlaqəlidir, Azərbaycanda təhlükəsizliklə bağlı heç bir problem yox idi, nədən qaynaqlanır sualı aktual idi.

Azərbaycan Qarabağda 44 günlük müharibədən sonra Türkiyə və İsraili barışdırmaq istəyini həyata keçirdi. Bundan sonra Azərbaycan bir sıra vacib məsələlərdə sülhyaradıcı missiya həyata keçirmişdir. Azərbaycan-İsrail münasibətləri İsrailin keçmiş prezidenti Şimon Peresin dediyi kimi aysberqə bənzəyir. Bu münasibətlərin doxsan faizi suyun altındadır. Azərbaycan Türkiyənin strateji müttəfiqi olmaqla bərabər İsrailin də sakit strateji müttəfiqidir. Azərbaycanın həm Türkiyənin, həm də İsrailin güclü olmasını, bir-biriləri ilə yaxşı münasibətlərinin olmasını istəməsi öz maraqlarının olması ilə əlaqəlidir.

Azərbaycan iki ölkə arasında gərginlikdən dolayı balanslaşdırılmış siyasət yürütmək yükündən azad olmaq istəyir. Azərbaycan bu münasibətlərdən istifadə edib öz sülhyaradıcı missiyasını həyata keçirən regional aktora çevrilmək istəyir. Amma İsrailin Qəzza və Suriyada öz maraqları var. Məsələ ondadır ki, İsrail hakimiyyəti sağ partiyalardan təşkil olunub. Onlar üçün bu məsələlərdə güzəştə getmək məğlubiyyət deməkdir. Bu durumda onlar seçkilərə getməlidirlər ki, burda da məğlub olmaq ehtimalı böyükdür. Bununla yanaşı bu durumda 7 oktyabr 2023-cü il hadisələrini araşdıran dövlət komissiyası onların fəaliyyətini araşdıra bilər ki, bu da onlar üçün qəbuledilməzdir. Bu zaman həmin komissiya onları günahkar çıxarar. Buna görə də müharibə variantı həmişə yüksəkdə tutulur, çünki ilk növbədə sağ partnyorlar bunu milli mövqe kimi qəbul edirlər. Bu fikirlər əslində İsrailli siyasi şərhçilərin fikirləridir.

Əslində, Ərdoğanın da İsraillə barışması üçün maneələr vardır. Məsələ ondadır ki, Ərdoğan müsəlman qardaşlarının siyasi lideridir. Onun Qəzza məsələsi olduğu halda İsraillə barışması doğru olmaz. Bu, onun müsəlman dünyasında olan imicinə zərbə olar. Ona görə hesab etmək olar ki, Türkiyə və İsrailin arasında elə prinsipial maneələr vardır ki, iki ölkənin indiki durumda barışması mümkünsüz görünür. Bu baxımdan da Türkiyənin hava məkanından istifadə edib.

Netanyahunun təyyarəsinin Azərbaycana uçmasına icazə verilməsi mümkün olmayıb. Bundan başqa marşrutlar da risklidir. Qara Dəniz üzərindən təyyarənin uçması da müharibə bölgəsindən, yəni Rusiya və Ukrayna hava məkanlarından keçərək Gürcüstana keçmək anlamına gəlir. İran üzərindən keçməkdən danışmağa belə ehtiyac yoxdur.

Trampın İsrail-Türkiyə gərginliyinə görə Ərdoğana zəng etməsi əslində onun Netanyahunu yaxşı tanımasından irəli gəlir. Tramp başa düşür ki, Netanyahu artıq bütün qırmızı cizgiləri çoxdan keçib və ondan hər cür hərəkət gözləmək olar. Türkiyənin "Mavi Mərmərə" gəmisinə 2010-cu ildə hücum edən də Netanyahu idi. Doğrudur, sonralar Bil Klintonun vasitəçiliyi ilə Netanyahu Ərdoğana zəng edib üzr istəmiş, həlak olanların ailələrinə təzminat ödəməyi qəbul etmişdi. Amma məsələ Türkiyəyə qarşı qərar qəbul etməyə iradənin olmasıdır. Əslində, Netanyahunun özgüvəninin olması öz gücünə arxayın olmasından irəli gəlir. Təbii ki, ABŞ-ın dəstəyi faktoru da həlledici rol oynayır. Amma Netanyahunun Trampın başına əlavə işlər aça biləcəyi təhlükəsi elə Trampı da narahat edir. Netanyahunun İran və ya Türkiyəyə qarşı edəcəyi hücum xarakterli hərəkət durumunda ABŞ İsrailin tərəfindən çıxış etməyə məcbur olacaq. Bu da qarşısı alınmaz proseslərə start verə bilər. İrana hücum edilməsində israrlı olan Netanyahuya rəğmən Tramp bu məsələni danışıqlar yolu ilə həll etmək istəyir. Göründüyü kimi Netanyahu da başqa yol seçib. İranın Bəndər Abbas şəhərinin şəhid Rəcai limanında və bir neçə başqa yerdə partlayışların olması mütləq şəkildə İsrail kəşfiyyatının işidir. Bu baxımdan Trampın Ərdoğana təcili zəng etməsi İsrailin addımlarına qarşı səbrli olmasını söyləmək məqsədi daşıdığı mütləqdir. Tramp Ərdoğanı əmin etmək istəyir ki, İsrail Türkiyəyə qarşı ciddi addımlar atmağa ABŞ-sız risk etməz. Risk etsə belə İsrailin təyyarələrinin kodları ABŞ-ın əlindədir. Ən son məqamda ABŞ bu kodları bloklaya və İsrailin F15 və F35 təyyarələrini fəaliyyətsiz buraxa bilər.

Türkiyənin Suriyada möhkəmlənməsi üçün əvvəla dövlətçilik baxımından çox böyük işlər görülməlidir. Bunun üçün zaman, maddi vəsait və gərgin iş lazımdır. Amma rəqiblər də gözləmə mövqeyi seçməyib. Planlarının həyata keçməsi üçün ciddi addımlar atmağa hazırdırlar və atırlar. Bu məsələnin həlli yolu güc amilindən keçir. Kim güclüdürsə onun planın həyata keçəcəyi mütləqdir. Regionda da güclü dövlət bəllidir. Hesab edirəm ki, Türkiyə Suriyada sabitlik yaratmaq istəyirsə, ilk növbədə qarşı güclərlə qarşıdurma yolu yox, əməkdaşlıq yolunu seçməlidir. Sakit və stabil Suriya bu zaman bölünmədən qurtula bilər. Suriya xalqı bütün kəsimləri ilə yenidən bir dövlət altında birləşə bilər. Kürd qruplarla bu yol seçilib. Druzlar da Türkiyədən qəti şəkildə imtina etmirlər. Amma təhlükəsizlik qorxuları var. Zaman hər şeyi həll edə bilər. Bölünmüş Liviyanın yenidən birləşmək ehtimalı olduğu kimi. Qeyd edim ki, bir müddət öncə Liviyanın üsyançı lideri general Hafterin oğlu Türkiyədə bu istiqamətdə danışıqlar aparmış, əməkdaşlıq barədə sənədlər imzalamışdı. Suriya da bu yolla gedə bilər.

Azər Qasımov

ƏHD Partiyası İdarə Heyətinin üzvü, politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 May 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see210

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri