Icma.az
close
up
RU
Ermənistan silah tədarükünü artırır: risklər nədən ibarətdir?

Ermənistan silah tədarükünü artırır: risklər nədən ibarətdir?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanla-Ermənistan arasında sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunsa da, digər tərəfdən Ermənistanın silah tədarükünü artırması ağılda suallar doğurur.

Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda Ermənistan 2023-2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox məbləğdə silah tədarükü haqqında müqavilə bağlayıb.

Prosesi millət vəkilləri, hərbi və siyasi ekspertlər “Xalq Cəbhəsi” şərh ediblər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu diqqətə çatdırıb ki, bu gün Azərbaycanın təşəbbüs ilə Cənubi Qafqaz regionunda gündəm sülh gündəmi kimi xarakterizə oluna bilər, ancaq çox təəssüf ki, hələ də Ermənistan sülh çağırışlarından və sülh gündəmindən yayınmağa çalışır: “Elə Fransa Silahlı Qüvvələrinin parlamentə təqdim etdiyi hesabatda səsləndirilən statistika da, maliyyə rəqəmləri də onu göstərir ki, sülh gündəliyində Ermənistan səmimi deyil. Əgər təkcə 2023-2024-cü illərdə 274 milyon avrodan çox məbləğdə Ermənistan silah tədarükü ilə bağlı Fransa ilə müqavilə bağlayırsa və silah tədarükü edirsə, bu, özü-özlüyündə artıq antisülh mövqeyi kimi qiymətləndirilməlidir”.

“Ermənistan qərar verməlidir”

Deputat bildirib ki, silah-sursat əldə etməkdə Fransa Ermənistanın tək tərəfdaşı deyil, burada Hindistan və digər xeyli sayda ölkələr də var: “Ona görə də Ermənistan qərar verməlidir, doğrudanmı o, sülhə nail olmaqda qətiyyətlidir, onun gizli silahlanma məqsədləri yoxdur. Əgər Ermənistan silahlanmaqda israrla davam edəcəksə, regionun sülh gündəmi dəyişə bilər və əgər dəyişərsə, heç şübhəsiz ki, Ermənistanın lehinə olmayacaq. Biz bugünkü sülh gündəmini 44 günlük müharibənin ardından yalnız 5 ildən sonra yarada bildik. Əgər bu gündəm pozularsa, yenidən sülh gündəminin yaranması üçün uzun müddət vaxta ehtiyac ola bilər. Bu da Ermənistanın gələcəyi və regional sülh üçün heç də yaxşı perspektivlər vəd etmir”.

“Bu, gərginliyin yenidən artmasına xidmət edə bilər”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, Ermənistan seçkilərlə bağlı həm daxili, həm xarici auditoriya üçün ikili siyasət aparır: “Bir tərəfdən sülh danışıqlarında konstruktiv mövqe görüntüsü yaradır, digər tərəfdən də Avropanın bir sıra ölkələri, eyni zamanda, Fransa ilə hərbi potensialını artırır. Bu, Rusiyaya qarşı olan addımlardan biridir, regionda sülhün və sabitliyin bərqərar olunmasına deyil, əksinə, gərginliyin yenidən artmasına xidmət edə bilər. Buna görə də 274 milyon avroluq silah müqaviləsinin imzalanması, Fransa müdafiə missiyasının yaradılması bir neçə mühüm məqamları ortaya qoyur. Birincisi, Ermənistan sülh prosesində pozitiv ritorika nümayiş etdirməsinə baxmayaraq, səmimiliyinə kölgə salır və əgər sülh prioritet istiqamətdirsə, xarici hərbi qüvvələrlə əməkdaşlığın dərinləşməsi, ümumiyyətlə, ziddiyyət yaradan bir məqamdır, Ermənistanın regionda yeni təhlükəsizlik risklərinin yaranmasına səbəb ola biləcək addımlardır”.

“Parisin antiazərbaycan ritorikası ləğv olmaq üzrədir”

A.Nağıyevin sözlərinə görə, digər məsələ, artıq postmüharibə reallığında formalaşmış təhlükəsizlik məsələsidir: “Ermənistan burada çalışır ki, silahlanma addımları sülh danışıqlarını uzatsın. Etimadsızlıq mühiti dərinləşdirə bilər. Bir daha qeyd edirəm bunlar daxili auditoriya üçün bir sıra addımlardır. Tənəzzülə uğramış iqtisadiyyat, eyni zamanda, darmadağın olunmuş ordu burada hansı məsələlərdən söhbət gedə bilər? Bir məsələ də var, Parisin illərlə olan antiazərbaycan ritorikası artıq ləğv olmaq üzrədir. Fransa sülh və müdafiə bəhanəsi altında regionda güc balansını qorumağa çalışır. Burada da əsas məqsəd Rusiyanı sıxışdırmaq, regionda nüfuzunu azaltmaqdır”.

“Proses regionda paradoksal mənzərə formalaşdırır”

Hərbi ekspert Anar Şuşalı Ermənistanın 2023–2024-cü illər ərzində Fransa ilə ümumi dəyəri 274 milyon avrodan artıq olan silah tədarükü müqavilələri bağladığını xatırladaraq əlavə edib ki, sənəddə qeyd olunur ki, bu əməkdaşlıq “yalnız müdafiə xarakteri daşıyır” və tərəflər arasında “yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların təşkili” məqsədilə həyata keçirilir: “2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması da bu istiqamətdə əməkdaşlığın institusional əsasda möhkəmlənməsinə şərait yaradıb. Fransa ilə Ermənistan arasındakı bu hərbi yaxınlaşma bir tərəfdən Ermənistanın təhlükəsizlik narahatlıqlarından irəli gələn təbii addım kimi təqdim olunur. Lakin digər tərəfdən bu proses regionda, xüsusilə də Cənubi Qafqazda həssas sülh təşəbbüslərinin davam etdiyi bir vaxtda baş verdiyindən paradoksal mənzərə formalaşdırır”.

Risk faktoru

A.Şuşalının bildirdiyinə görə, Ermənistanın rəsmi səviyyədə sülhə və diplomatik həllə sadiqliyini bəyan etməsinə baxmayaraq paralel şəkildə silahlanmanı sürətləndirməsi beynəlxalq ictimaiyyətdə və qonşu ölkələrdə haqlı suallar doğurur: “Bu vəziyyət regiondakı güc balansını dəyişmək potensialına malikdir. Sülh prosesi ilə yanaşı artan hərbi potensial, tərəflər arasında etimadın bərpasına deyil, əksinə, qarşılıqlı şübhələrin dərinləşməsinə xidmət edə bilər. Nəticədə, siyasi dialoqun gücləndirilməsinə yönəlmiş səylər hərbi rəqabət fonunda arxa plana keçə bilər. Bu isə Cənubi Qafqazda dayanıqlı sabitliyin formalaşması baxımından risk faktorudur”.

“Rəsmi Paris region siyasətində daha aktiv rol almağa çalışır”

O həmçinin deyib ki, rəsmi Paris son illərdə region siyasətində daha aktiv rol almağa çalışır və Ermənistanla hərbi əməkdaşlığı “müttəfiqlik və təhlükəsizlik təminatı” kontekstində əsaslandırır: “Lakin belə bir yanaşma təkcə müdafiə əməkdaşlığı deyil, eyni zamanda, geosiyasi mesaj daşıyır: Fransa, Avropa İttifaqı daxilində regionda təsirini artırmaq, həm də Ermənistanın Qərbə inteqrasiyasını dərinləşdirmək niyyətindədir. Bununla belə, regionun sülh gündəliyi üçün əsas prioritet hərbi texnologiyaların idxalı deyil, etimadın bərpası və diplomatik kanalların effektiv işləməsidir”.

“Hər yeni silah müqaviləsi...”

Ekspert vurğulayıb ki, hər bir yeni silah müqaviləsi, istər-istəməz, regionun təhlükəsizlik arxitekturasına təsir göstərir və uzunmüddətli sülhün təməllərini zəiflədir: “Bu baxımdan beynəlxalq tərəfdaşların – xüsusilə də Avropa dövlətlərinin – regionda “silah diplomatiyası”ndan çox, “sülh diplomatiyası”nı təşviq etməsi daha konstruktiv yanaşma olardı. Nəticə etibarilə, Ermənistanın son silahlanma addımları sülh prosesi fonunda paradoksal və ziddiyyətli mənzərə yaradır. Əgər məqsəd həqiqi və davamlı sülhün təminatıdırsa, bu zaman prioritet hərbi gücün artırılması deyil, qarşılıqlı anlaşma, etimadın bərpası və səmimi dialoqun gücləndirilməsi olmalıdır. Regionun gələcəyi yalnız silahların sayında deyil, sülhün keyfiyyətində ölçüləcək”.

“Ermənistanın Fransadan aldığı silahların sayında artım var”

Fransa və Ermənistan arasındakı əlaqələrin davam etdiyini deyən siyasi şərhçi Zeynal Əmrəliyev əlavə edib ki, iki ölkə arasında çox güclü əlaqələr var: “Məsələn, ticarət dövriyyəsi sürətli şəkildə artır, iqtisadi əlaqələr mövcuddur. Həmçinin diplomatik müstəvidə çox geniş əlaqələr var, bunlardan hərbi əlaqələr də istisna deyil. Son zamanlarda Ermənistanın Fransadan aldığı silahların sayında artım var. Digər sahələrlə birlikdə iki ölkə arasında hərbi sahədə də əlaqələrin güclənməsinin şahidi oluruq”.

Z.Əmrəliyevin sözlərinə görə, əvvəllər Ermənistanın müdafiə arsenalında əsas yeri məhz Rusiyadan alınan silahlar tuturdusa indi əsas yeri Fransadan alınan silahlar tutur: “Bu, bir faktdır ki, Fransanın Ermənistana təsir gücü artır. Burada digər önəmli bir məsələ isə Ermənistanın nəyə görə bu qədər silahlanmaya getməsidir. Ermənistan tək Fransadan deyil, digər ölkələrdən də ardıcıl şəkildə, eyni zamanda, çox əhəmiyyətli silahlar alır. Sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistana bu silahlar nəyə lazımdır?”.

“Ən yaxşı variant Azərbaycanla sülhə sadiq qalmaqdır”

O, burada iki məqsədin ola biləcəyini deyib: “Alınan silahların əsasən Rusiyadan kənarda alınan silahlar olduğunu görürük. Ya Ermənistan Rusiyanın silahlarını digər ölkələrin silahları ilə, məsələn, Fransa, Hindistan, digər Qərb ölkələrinin silahları ilə əvəz etmək istəyir, ya da Ermənistanın gələcəklə bağlı nəsə bir planları var. Açığı, mən Ermənistanın hansısa təxribat planlaşdırdığını gözləmirəm. Çünki hazırkı situasiya indiki Ermənistan hökumətinə sərf edir. Azərbaycanla sülh danışıqları, sülhün irəliyə doğru aparılması üçün əllərindən gələni etməlidirlər. Ermənistanda da yaxşı bilirlər ki, əgər hansısa bir formada müharibə etsələr, yenidən bu sülhü pozmağa cəhd etsələr, onlar bu müharibədə uduzacaqlar. Buna görə də indiki halda ən yaxşı variant Azərbaycanla sülhə sadiq qalmaqdır”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see222

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see220

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see215

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see194

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see147

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see141

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see140

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see131

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see130

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see128

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see125

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see124

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see124

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see124

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see123

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri