Icma.az
close
up
RU
Türkiyənin yeni dostu İsrailin hədəfində Bakı ilə bağlı mühüm qərar verildi

Türkiyənin yeni dostu İsrailin hədəfində Bakı ilə bağlı mühüm qərar verildi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya ilə İsrail arasında gərginliyin yenidən alovlanması fonunda iki ölkənin nümayəndələrinin Azərbaycanda bir araya gələcəyi ilə bağlı xəbər beynəlxalq siyasi arenada diqqət çəkdi.

Məlumata görə, bu gün baş tutacaq görüşdə İsrail tərəfini strateji məsələlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Əsəd əl-Şeybani təmsil edəcək. Nazirlər Suriyada təhlükəsizlik vəziyyəti ətrafında müzakirə aparacaqlar. Maraqlıdır ki, bunda əvvəl də tərəflər Azərbaycanda bir araya gəlmiş və ölkəmizin barışdırıcı rolunu vurğulayaraq minnətdarlıqlarını bildirmişdilər.

Bakıda baş tutacaq görüş Suriyadakı vəziyyətə necə təsir göstərəcək? Tərəflər hər hansı razılıq əldə edə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, İsrailin məqsədi nəinki Suriya torpaqlarını işğal etmək, ümumiyyətlə, Yaxın Şərqdə bir sıra dövlətlərin ərazilərindən torpaq qoparmaq və daha gərgin vəziyyətin yaranmasına nail olmaqdır:

“Çünki Təl-Əvivin yürütdüyü dini, ideloji, siyasi xəttin səbəbi məhz bunu diktə edir. Ölkə hökumətində sionist düşüncə tərzi hakim rolda olduğu üçün bu tendensiyanın davam edəcəyini proqnozlaşdıramaq mümkündür. Təbii ki, İsrail hazırda bu planları həyata keçirmək üçün özünə qarşı yeganə təhdid olaraq Türkiyəni görür. Suriya ilə Türkiyənin hakim mövqedə olması və son zamanlar Dəməşq hökumətinin Ankaradan hərbi-strateji sahədə yardım istəməsi İsraili narahat edən başlıca faktorlardan biridir. Ona görə də maksimum çalışır ki, Türkiyənin Suriyada möhkəmlənməsinin qarşısını alsın, eyni zamanda Vaşinqtonla Ankara arasında dialoq mühitini pozsun. Bu baxımdan, təxribatların davam etmə ehtimalı yüksəkdir.

Digər tərəfdən, Bəşər Əsəd devrildikdən sonra Suriyanın hərbi strukturlarının İsrail tərəfindən məhv edilməsi bu ölkənin hərbi potensialını kifayət qədər aşağı səviyyədə salıb. Beləliklə Dəməşqin Təl-Əvivlə hərbi toqquşma potensialı çox aşağıdır. Təbii ki, İsrailin də zəif tərəfləri var, bu ölkənin quru gücü həlledici faktor olaraq önə çıxmır. Çünki indiyə qədər İsrailin quru döyüş aparmaması, eyni zamanda bu istiqamətdə zəif potensiala sahib olması, münaqişə genişlənəcəyi təqdirdə problemlərlə üz-üzə qalma ehtimalını artırır. Xüsusilə Türkiyə ordusunun Suriyada möhkəmlənməsi Ankara və Təl-Əviv arasında qarşıdurması ehtimallarını gücləndirir. Ona görə də İsrail müəyyən məqsədlərə çatmaq üçün diplomatik təmasların önə çıxmasında maraqlı görünür, o cümlədən Suriyada hərbi toqquşma potensialının aşağı olmasını dəyərləndirir. Hesab edirəm ki, hər iki dövlət diplomatik masada müəyyən qədər zaman qazanmağa çalışa bilərlər”.

Həmçinin oxuyun:

Putin-Netanyahu söhbətinin gizlinləri: İsrail Rusiyaya elə bir jest edə bilər ki…


Əli Zülfüqaroğlu

Siyasi şərhçi bildirib ki, Azərbaycan həm İsrail, həm də Suriya ilə yaxın əlaqələri mövcuddur:

Azərbaycan bir sıra problemlərin həlli istiqamətində beynəlxalq səviyyədə vasitəçilik missiyasını uğurla yerinə yetirmiş dövlət olaraq önə çıxır. Ölkəmizin bu istiqamətdə kifayət qədər təcrübəsi var. Fikrimcə, danışıqların məkanı kimi Bakının seçilməsi təsadüfi deyil. Suriya ilə İsrail arasında görüşün ölkəmizdə təşkil olunması hər iki dövlətin Azərbaycana olan etimadından irəli gəlir. Rəsmi Bakı bölgədə sabitliyin hökm sürməsinə çalışır.

Azərbaycanın hər iki dövlətlə yaxın münasibətləri bunu diktə edir. Eyni zamanda Azərbaycan beynəlxalq hüququn tələblərindən irəli gələn siyasət yürüdür. Bu siyasətin tələbi ondan ibarətdir ki, Fələstin münaqişəsində iki dövlətli həll planı mütləq şəkildə həyata keçməlidir. Bu baxımdan, təbii ki, Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, istərsə də bir sıra beynəlxalq platformalarda bu fikri açıq şəkildə səsləndirir və müdafiə edir. Yəni Azərbaycan tamamilə beynəlxalq normalara adekvat fəaliyyət göstərir və ona görə də rəsmi Bakının səyləri tamamilə ədalətli, hüquqidir. Nəticə olaraq isə Azərbaycana olan etimad da günü-gündən yüksəlir.

Ə.Zülfüqaroğlu qeyd edib ki, Bakıda iki dövlət arasında görüşün keçirilməsi təsadüfən ortaya çıxmayıb:

“Bu, uzun müddət aparılan siyasi fəaliyyətin, qarşılıqlı etimadın nəticəsi olaraq meydana gəlib. Ona görə də Azərbaycanın beynəlxalq problemlərin həlli istiqamətində üzərinə missiya götürməsi və vasitəçi rolunu uğurla aparması ölkəmiz üçün beynəlxalq səviyyədə dividentlər qazandırır. Hesab edirəm ki, bu uğurlar Azərbaycanın adına yazılmalıdır. Amma Suriya və İsrail arasında müəyyən müddət stabilliyin yaranma ehtimalı yaxın perspektivdə mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri