Icma.az
close
up
RU
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR

Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 2-də Türkiyənin Kilis şəhərində bölgənin enerji və diplomatiya tarixində yeni səhifə açan bir mərasim baş tutdu. Azərbaycanın təbii qazının ilk dəfə olaraq Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə start verildi. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın mərasimdə qeyd edib ki, bu, yalnız bir boru kəmərinin açılışı deyil, eyni zamanda Türkiyə, Azərbaycan və Suriya arasında əməkdaşlığın enerji vasitəsilə gerçəkləşən nadir bir nümunəsidir.

Məlumata görə, SOCAR-la razılaşdırılmış “swap” mexanizmi sayəsində Azərbaycan qazı Türkiyənin Kilis vilayətindəki “Yavuzlu Ölçmə” Stansiyasından Suriyanın Hələb və Homs şəhərlərinə ötürüləcək. Burada məqsəd təkcə enerji təminatı deyil, həm də Suriyanın dağıdılmış enerji infrastrukturunun bərpası və bölgədə həyatın normallaşmasına dəstək verməkdir. Gündəlik 6 milyon kubmetr qaz axını ilə 1200 meqavatlıq elektrik istehsalı hədəflənir. Bu da həm Suriyanın enerji sabitliyinə töhfə verəcək, həm də regionda sosial-iqtisadi reabilitasiyanı sürətləndirəcək.

Bu mühüm enerji əməkdaşlığı həm də Azərbaycanın geostrateji mövqeyinin Cənubi Qafqazdan kənara – Yaxın Şərqə doğru genişləndiyini göstərir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəql olunması, sadəcə enerji layihəsi deyil, bölgədə dəyişən geosiyasi dinamikanın təzahürüdür:

Həmçinin oxuyun:

Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi… – FOTOLAR

“Azərbaycanın artan geosiyasi çəkisi artıq Cənubi Qafqaza sığmır. Bakı arealı genişləndirir. Suriya Azərbaycanın enerji siyasətində mühüm rol oynaya bilər. Çünki bu ölkənin üzləşdiyi uzunmüddətli müharibə bir çox sahənin çökməsinə səbəb olub. Bakı yenidənqurma istiqamətində Dəməşqlə əməkdaşlıq edə bilər.


Qabil Hüseynli

Azərbaycan qazı ilk dəfədir ki, Yaxın Şərq kimi mürəkkəb və strateji baxımdan həssas bir coğrafiyaya daxil olur. Türkiyənin bu layihədə tranzit ölkə kimi rolu isə onun “enerji qovşağı” olma iddiasını praktik addımlarla təsdiqləmək cəhdidir. Ankaranın Suriya ilə münasibətlərində buzları əritməsi əməkdaşlığın genişləndirməsini zəruri edir. Digər tərəfdən, bu xəttin açılışında Azərbaycanın iqtisadiyyat naziri ilə yanaşı, Suriyanın enerji naziri və Qətər İnkişaf Fondunun rəhbərinin iştirak etməsi regionda həm də bir islam birliyinin təsis edildiyin göstərir”.

Qeyd edək ki, dahi Azərbaycan şairi, dövrünün görkəmli mütəfəkki İmadəddin Nəsimi 1417-ci ildə Hələb şəhərində dünyasını dəyişib.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri