Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul, 29 sentyabr, AZƏRTAC
Türkiyənin yerli smartfonunun istehsalına hazırlıq işləri sürətlə davam edir. “ASELSAN” şirkəti ilə “Türk Telekom” mobil rabitə operatorunun əməkdaşlığı ilə ərsəyə gələcək yeni mobil telefonun 2027-ci ilin ilk yarısında satışa çıxarılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “ASELSAN” şirkəti avadanlıq və istehsala, “Türk Telekom” isə proqram təminatı, marketinq, paylama və brendləşdirməyə cavabdeh olacaq.
Bununla bağlı açıqlama verən “Türk Telekom”un baş direktoru Ebrubekir Şahin bildirib ki, cihaz premium, üst və orta seqmentlər üçün nəzərdə tutulub və batareya ilə kamera göstəricilərinə görə rəqabətqabiliyyətli olacaq. Mobil telefon ilk mərhələdə “Android” əməliyyat sistemi ilə təqdim ediləcək, daha sonra isə yerli əməliyyat sistemi və çiplə təkmilləşdiriləcək.
Smartfon üçün hazırlanacaq beş ad təklifi Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.
Qeyd edək ki, ASELSAN 1997-ci ildə “ASELSAN 1919” modeli ilə mobil telefon istehsal edib. İlk 500 cihaz Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə ixrac olunub.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 29 Sentyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















