Icma.az
close
up
RU
Türkiyəyə xəyanət və Əliyevin sərt addımı...

Türkiyəyə xəyanət və Əliyevin sərt addımı...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Orta Asiyanın türk dövlətlərinin (Qırğızıstan istisnadır) Kipr Respublikasında səfirlik açması, bununla da qalmayıb, türkmən səfirin Kiprin “ərazi bütövlüyü”nü dəstəkləyən açıqlama verməsi Türkiyəyə arxadan zərbə olaraq qiymətləndirilir.

Politoloqlar – elə qazax siyasi müşahidəçilər də - bunu Səmərqənddə AB rəhbərliyi ilə keçirilən sammitlə əlaqələndirirlər.

Mərkəzi Asiya hazırda dünya güclərinin ən ciddi nəzər yetirdiyi bölgələrdən biridir və AB, o cümlədən birliyin siyasi liderliyinə iddialı Fransa cidd-cəhdlə bu regionda təsir imkanlarını artırmağa çalışır, şirin vədlər verilir, külli miqdarda investisiya yatırımları nəzərdə tutulur. Bu, hazırda Trampın üzə çıxartdığı və açıq müstəviyə keçirdiyi qlobal iqtisadi müharibənin illər öncə başladığının sübutudur əslində: Çinin və Rusiyanın təsir dairəsindən qurtulmaq üçün Orta Asiya ölkələri AB-nin 12 milyard dollar vəd edilən yatırımlarına “alternativ” kimi yanaşmaları da normal qarşılana bilər.

Ancaq bu yatırım vədi və iqtisadi bağlantıların AB-nin siyasi diktəsi altında keçirilməsi və bunun nəticələri inanılmazdır: belə çıxır ki, Orta Asiyanın 3 türk ölkəsi türk birliyinin uzaq perspektivə hesablanan siyasi, iqtisadi, hərbi maraqlarını yaxın perspektivə, həm də 12 milyard dollara satır.

Bu satılma və türk birliyinə arxadan vurulan zərbənin əks-təsirini heçmi düşünmürlər?

Orta Asiya ilə AB arasında iqtisadi-siyasi əlaqələrin “tranziti” hansı ölkələrdən keçir? Türkiyə türk ölkələrinin Avropa qapısı deyilmi? Resurslarını Avropaya neçə, hansı marşrutla çıxarmağı düşünürlər?

Türk dünyası və Mərkəzi Asiyanın AB-yə çıxışında açar ölkə təbii ki, Azərbaycandır. Bu baxımdan Qazaxıstan və Türkmənistanın (Özbəkistanın Cənubi Kiprdə səfirlik açması və “ərazi bütövlüyündən” bəhs etməsi barədə rəsmi informasiya yoxdur) bu anlaşılmaz, hətta Rusiya politoloqlarının Türkiyəyə xəyanət kimi dəyərləndirdiyi addımından sonra gözlər İlham Əliyevə dikilmişdi.

İlham Əliyev 9 apreldə ADA-da keçirilən beynəlxalq forumda sözünü dedi, bütün dünyaya və türk ölkələrinə mesajını verdi: “Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

Bu, dünyaya və baş verənlərə şillə kimi cavabdır!

Bu, hansı tarixi dövrdə, hansı şəraitdə necə bir missiya daşıdığını dərk edən böyük dövlət xadiminin strateji düşüncəsidir!

Bu, stabil, ardıcıl, məqsədli siyasət yürüdən, dövlətin və millətin, türk dünyasının maraqlarını heç nəyə - heç bir müvəqqəti siyasi-iqtisadi dividentə satmayan liderin ərkanıdır!

Bu, dünya nizamının yenidən qurulması prosesində söz sahibi olmaq istəyən, dünyanı bölüşdürməyə girişənlərin yağlı vədlərini və buğunun şirnikləşdirici, amma vassallıq tələb edən təkliflərini əlinin dalıyla itələyən, ölkəsinin və türk dünyasının sabahını qurmaqda israrlı olan strategiyanın təzahürüdür!

Bu, sədaqətdir, vəfadır, yolundan dönməməkdir, dünyanın gəlişini-gedişini anlamaqdır, strateji hədəfə doğru yola çıxdığı kimsəni darda, çıxılmazlıqda qoymamaqdır!

Bu, etibardır, güvəncdir, onillərdir davam edən sabitqədəmlikdr!

Bu, 2014-cü ildə “Türkiyə burda yoxdur, mən burdayam!” deyə qardaş ölkənin maraqlarını öz marağı kimi qoruyan həmin İlham Əliyevdir!

İlham Əliyev 9 apreldə yalnız söz demədi, mesaj vermədi: bu mesajından cəmi 2 gün sonra Antalya səfərində ilk görüşdüyü şəxs də Yavru Vətənin – Kuzey Kıprısın Prezidenti Ərsin Tatar oldu!

Məhz bu məqamda – AB-nin sammit keçirib, türk ölkələrinin Kiprdə səfirlik açmasını təmin etdiyi bir məqamda Ərsin Tatarla beynəlxalq medianın önünə keçib, şəkil çəkdirmək yalnız ləyaqət, qardaşı darda qoymamaq deyil, böyük hədəflərdə büdrəməyən, heç nəyə baxmadan, yoluna davam edən və ölkəsini böyüdən müdrik dövlət xadiminin gedişidir!

Bu gün – gözümüz önündə İlham Əliyevin hər jesti, sözü və əməli ilə hansı əxlaq ortaya qoyduğunu, hansı strategiyanı tətbiq etdiyini bəlkə də çoxlarımız fərqinə varmırıq!

Halbuki Əliyev elə bu gün növbəti tarix yazdı – necə ki, dünən Bakıda İsrail və Türkiyəni görüşdürməklə növbəti səhifə açmışdı; necə ki, srağagün Suriyada Türkiyə ilə birgə olduğunu göstərmişdi!

Bu siyasi iradə və strategiyanın nəticəsi mütləq olacaq, hər kəs bunu görəcək – həm də lap tezliklə!

Çünki İlham Əliyev nəyi nə vaxt necə etdiyini bilir!

P.S. Türkiyəli politoloqlar Orta Asiyanın türk dövlətlərinin Kiprdə səfirlik açması ilə bağlı açıqlamalarında bir düşkünlük, ümidsizlik nümayiş etdirdilər. “Artıq Türkiyənin bu məsələdə ciddi gözləntisi olmamalıdır. Bu ölkələrin (TDT üzvlərinin – red.) heç biri Türkiyənin bu mövqeyini açıq şəkildə dəstəkləmir. Heç bir ölkə bu istiqamətdə təşəbbüs göstərmir. Şimali Kipr məsələsini Türkiyə özü həll etməlidir”, - demişdi Engin Özər və bunu sayta buraxmışdıq.

Ancaq Engin Özər həm də “Sabah Azərbaycan da bu addımı ata bilər” pessimizmini də nümayiş etdirmişdi və bunu anlayışla (guya) qarşılaya biləcəyini vurğulamışdı.

O cümləni, o fikri sildik – oxuculara təqdim etmədik. Çünki İlham Əliyevin həcmini biz tam təsəvvür etməsək də, təxminlərimiz var!

Həm də bilirik: Ki Türk Birliyi ideyasının müəllifi də Əli bəydən, Əhməd bəydən üzü belə - 100 ildir bizik; strategiyaya çevrilməsinin banisi isə İlham Əliyevdir – 2009-da Naxçıvan sammiti ilə!

Bircə gün keçmədi, İlham Əliyev türk politoloqların yanlış düşüncələrinin və ümidsizliyinin üstündən qalın bir xətt çəkdi!

Qürurvericidir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri