İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Kahramanmaraş şəhərində iyunun 19-da “Azərbaycan” məhəlləsinin açılışı olacaq.
Reyting.az xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım məlumat verib.
Millət vəkili xatırladıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələ fəlakətindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə dərhal qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər olunub:
"Eyni zamanda dağıntıya məruz qalan “Azərbaycan” məhəlləsinin yenidən inşasını da dövlətimiz öz üzərinə götürüb. Ona görə də “Azərbaycan” məhəlləsi iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib”.
Ş.Ayrım yüksək səviyyəli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəklərinin gözlənildiyini də vurğulayıb.
Baxış sayı:115
Bu xəbər 17 İyun 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















