Türklər Salifu Sumadan əl çəkmir
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin daha bir neçə klubu "Zirə"nin futbolçusu Salifu Suma ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə yerli jurnalist Serhat Kantoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O, komandaların adlarını açıqlamasa da, onların 21 yaşlı vinger haqqında məlumat aldığını yazıb: "Transfer pəncərəsi" bağlanana qədər hər şey ola bilər".
Qeyd edək ki, Serhat Kantoğlu daha əvvəl "Beşiktaş" və "Fənərbağça"nın da Qvineyadan olan oyunçunu yaxından izlədiyini bildirib. Türkiyədə qış "transfer pəncərəsi" fevralın 11-də bağlanacaq. Salifi Sumanın "Zirə"nin ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. O, cari mövsüm Azərbaycan Premyer Liqasında 19 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Vinger 2023-cü ilin yayında Fransanın "Havr" komandasından Bakı təmsilçisinə keçib.
Baxış sayı:96
Bu xəbər 08 Fevral 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















