Icma.az
close
up
RU
Türklərdən ibarət ordu Çini təşvişə saldı: Gəlirik!

Türklərdən ibarət ordu Çini təşvişə saldı: Gəlirik!

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Böyük dövlətlər Suriyadakı prosesləri diqqətlə izləyirlər. Bunların içərisində Çin də var. Bəşər Əsəd Çinə bir neçə dəfə səfər edib, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına ümid edirdi. Ancaq Pekin risk etmədi və dağılan Suriyaya sərmayə qoymadı. Buna baxmayaraq, Pekini Suriyadakı vəziyyətlə bağlı narahat edən məqam var idi. Radikal uyğurlar müxalifət cinahında Əsəd rejiminə qarşı savaşırdılar. Türküstan İslam Partiyasının üzvləri olan həmin silahlı uyğurlar Əsəd ordusuna qarşı savaşda iştirak ediblər. Pekini düşündürən odur ki, Əsəd rejimi süqut etdikdən sonra həmin uyğurların növbəti hədəfi nə olacaq?”

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Suriyada Əsədi devirən “Heyət Təhrir əş-Şam” (HTŞ) təşkilatının rəhbəri Əbu Məhəmməd əl-Colani bildirib ki, ölkədəki bütün silahlı qruplar tərk-silah olunmalıdır:

“Bu, Suriyada savaşan uyğurlara da aiddir. Buna baxmayaraq, Türküstan İslam Partiyası Suriya rejiminin süqut etdiyi gün, dekabrın 8-də yaydığı videoda Pekini təhdid edib, onlar Şərqi Türküstan uğrunda mübarizə aparacaqları barədə bəyanat yayıblar: “Biz Homsda, İdlibdə döyüşmüşük və Şərqi Türküstanda mübarizəni davam etdirəcəyik”.

Silahlı uyğurlar Suriyanın liman şəhərləri olan Latakiya və Tartusun nəzarətə götürülməsində iştirak ediblər. Türküstan İslam Partiyası HTŞ ilə ittifaq içində olub. Pekin Suriya məsələsində Türkiyə, ABŞ və Rusiya qədər fəal olmasa da, silahlı uyğurların fəallığından narahat olmaya bilməz. Belə olan halda Pekinin də digər paytaxtlar kimi HTŞ rəhbərliyi ilə təmasa keçəcəyini proqnozlaşdırmaq olar. Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərk-silah olunmasını istəyəcək. Aydındır ki, HTŞ rəhbərliyi Pekinin istəyi əsasında tərk-silah olunan uyğurları Çinə təhvil verməyəcək. Bu halda Pekin çalışacaq ki, həmin uyğurlar heç olmazsa Suriyadan kənara çıxmasınlar. Ancaq bunu nəzarətdə saxlamaq çətin olacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri