Icma.az
close
up
RU
Bölgələrə kitabla gəlirik FOTOLAR

Bölgələrə kitabla gəlirik FOTOLAR

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Birinci Qazax Kitab Sərgisi keçirilib

Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində, o cümlədən şairin doğma yurdu Qazaxda silsilə tədbirlərlə qeyd olunur.  AYNA.AZ-ın xəbərinə görə, 20-21 iyun tarixlərdə Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib.

İyunun 20-də Qazax şəhərində yerləşən Fəxri Qazaxlılar parkında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisinin açılış mərasimi olub.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Qazax Rayon İcra Haklimiyyətinin dəstəyi,  BP-nin sponsorluğu ilə təşkil olunmuş sərgidə 32 nəşriyyat iştirak edib, 20 nəfər yazıçı və ziyalının əsərləri nümayiş etdirilib. Sərgidə 32 nəşriyyat öz stendləri ilə təmsil olunub. Oxucular burada müxtəlif mövzularda nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və müəlliflərlə görüşmək imkanı qazanıblar. Sərgi günlərində kitablar oxuculara xüsusi endirimli qiymətlərlə təqdim edilib.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Azərbaycan Nəşriyyatı Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri Şəmil Sadiq, “Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu, “BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə sosial layihələr üzrə rəhbəri Xalid Rəcəbov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva, Filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin İnzibati təşkilati iş sokterunun baş məsləhətçisi (hüquq və insan resursları üzrə) Ayaz Qələndərli, yazıçı və jurnalistlər, ziyalılar, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

“Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu çıxış edərək deyib ki, Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisində iştiraklarına görə razılığını ifadə edib. Bugünkü tədbirin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi 30-cu yubiley sərgisi olduğunu bildirib. Sərginin təşkilində dəstək olan qurumlara minnətdarlıq edib.

“Azərbaycan Nəşriyyatı Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri Şəmil Sadiq çıxış edərək Xalq şairi Səməd Vurğunun yurdunda olmaqdan qürur duyduğunu söyləyib. Ş.Sadiq “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin ölkənin aparıcı nəşriyyat rəhbərlərinin iştirakı ilə 18 yanvar 2021-ci ildə nəşriyyat işlərinin nizama salınması, bu sahədə atılacaq addımların sistemli təşkilinin həyata keçirilməsi məqsədilə təsis edildiyini və hazırda Birliyin 28 üzvü olduğunu diqqətə çatdırıb. Bu müddət ərzində ölkənin müxtəlif regionlarında kitab festivalları, sərgilər, yarmarkalar təşkil olunduğunu, nəşriyyatların birgə fəaliyyəti istiqamətində uğurlu addımlar atıldığını bildirib. Birlik olaraq yerli nəşriyyat sisteminin ölkə xaricində tanınması üçün əhəmiyyətli tədbirlər həyata keçirildiyini söyləyib. ANAİB-in bu cür tədbirlər nəticəsində dövlətçilik dəyərlərimizi intellektual gənclərə kitab vasitəsilə çatdıraraq yerli kitabçılığın inkişafını lokal xarakterdən uzaqlaşdırmağı əsas prioritet kimi müəyyənləşdirdiyini qeyd edib. “Bölgələrə kitabla gəlirik” şüarı ilə təşkil olunan sərgilərin silsilə şəklində Gəncə, Naxçıvan, Sumqayıt, Lənkəran və Mingəçevir kimi bölgələrimizdə mütəmadi keçirildiyini, eyni zamanda kitabları uşaqlara sevdirmək üçün ölkəmizdə hər il ANAİB Uşaq Kitab festivalınn uğurla icra olunduğunu vurğulayıb. Bu tədbirlər planının məntiqi davamı kimi 20-21 iyun tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisinin təşkil edildiyini diqqətə çatdırıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdıraraq Qərbin qapısı sayılan Qazaxda görməkdən məmnunluq duyduğunu bildirib. Rayon rəhbəri Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə rayonda 11 tədbir keçirildiyini, eyni zamanda silsilə tədbirlərin ilin sonuna kimi keçiriləcəyini vurğulayıb. Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərginin əhəmiyyətindən söz açan icra başçısı təşkilatçılara, bu sərgiyə dəstək verən insanlara razılığını ifadə edib. Xalq şairinin zəngin irsinin gələcək nəsillərə çatdırılmasında bugünkü kitab sərgisinin böyük töhfə olacağını söyləyib. 

“BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə sosial layihələr üzrə rəhbəri Xalid Rəcəbov, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin İnzibati təşkilati iş sokterunun baş məsləhətçisi (hüquq və insan resursları üzrə) Ayaz Qələndərli, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı çıxış edərək Xalq şairi Səməd Vurğunun yaradıcılığına verilən dəyərə, qiymətə görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, bu cür tədbirlər, sərgilər təşkil edən təşkilatçılara razılıqlarını ifadə ediblər. Çıxışlarda ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitabın cəmiyyət həyatındakı rolu, regionlarda keçirilən kitab sərgilərinin oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb. Bildirilib ki, bu cür layihələr kitabın təbliği, gənc nəslin mütaliəyə marağının artırılması və yerli ədəbi mühitin canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Qazaxda keçirilən kitab sərgisi yerli oxucular tərəfindən böyük maraqla qarşılanıb. Onu da bildirək ki, regionlarda təşkil olunan kitab sərgiləri ölkədə kitab sənayesinin inkişafına və mütaliə ənənələrinin genişlənməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 İyun 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri