Icma.az
close
up
RU
Türkləri və yəhudləri qıranlar kimlərdir? Rusiyanın terror üzü

Türkləri və yəhudləri qıranlar kimlərdir? Rusiyanın terror üzü

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Azər Turanın "Rusiyah" yazısını təqdim edir.

Rusiyah XX yüzilin əvvəllərində Rusiyada fəaliyyət göstərən terrorçu qruplara müsəlman türklərinin verdiyi addır. Daha doğrusu, rus terroristləri özləri-özlərini bu adla təqdim edirdilər. "Qara yüzlər" (Çernaə sotnə, çernosotenüı). Qara yüzlər, əsasən, yəhudiləri və Rusiya türklərini terror edir, xüsusən, Kazan tatarlarını ölkədən qovmaq istəyirdilər.

Həqiqi Rus İttifaqının və Mixail Arxangel Cəmiyyətinin ətrafında birləşən bu dəstə Rusiya Dövlət Dumasında deputat Pruşkerviç tərəfindən yönləndirilirdi. Pruşkeviçin timsalında Dumada siyasəti-fürusətlə, yəni at oynatmaqla məşğul idilər. Adları "Qara yüzlər" olsa da, tarixə bu şəkildə keçib: Rusiyahlar. Qara üzlər. Əli bəy Hüseynzadə o illərdə yazdığı "Siyasəti-fürusət" əsərində rus "qarayüzlərin və qaraüzlülərin" lideri Pruşkeviçin kölgəsinə bu sözləri dedizdirib onu ifşa edirdi: "Siyasəti-fürusət əfsunlarının biri də əhali arasına nifaq və təfriqə salmaqdadır... Bizim Rusiyada sehr, əfsun, tilsim, filan yoxsa da, onun yerinə "hipnotizm" deyilən təlqin fənni vardır. Biz bu fənnin sayəsində rus ilən müxalif olan millətlərin siyasi hüquq və mülkiyyətcə bərabərlik tələbindən vaz keçmələrinə çalışıyoruz. Etdikləri təqdirdə yenə eyni fənn sayəsində bütün əhaliyə insanlıqlarını unutdurub, bir-biri ilə qovğa etdiriyoruz..."

Hüseynzadə Rusiya türklərinə Pruşkeviçin hipnozlarına uymamağı təlqin edir, Rusiya Dövlət Dumasında at oynadan Həqiqi Rus İttifaqının liderlərini ələ salırdı.

Qabdulla Tukayın da qarayüzlərə ünvanladığı "Kitmibez" (Getmərik) adlı bir şeiri var. Şeirdə hədəf yenə də Rusiya Dövlət Dumasında meydan sulayan Pruşkeviçdir. Həmin Pruşkeviç idi ki, Rusiya İmperiyasının türklərə laqeyd münasibətini tənqid edən müsəlman fraksiyasının deputatlarını hədələyib, lağa qoyurdu. O Pruşkeviç ki, ən adi hüquqlarını tələb edən müsəlman türklərə Rusiyadan Türkiyəyə köçüb getməyi "tövsiyə" edir, yəhudilərə və türklərə qarşı gerçəkləşdirilən terror aksiyalarına başçılıq edirdi. Tukay "rusiyah guruhun - "Rus Xalq İttifaqı"nın başçısı Pruşkeviçin şəstini sındırır, onun rəhbərlik etdiyi Mixail Arxangel Cəmiyyətinin qarayüzlü (rusiyah - qara üz və çernıe sotni - qara yüzlər) çətəsinə xitab edib "getmərik" deyirdi. Tukayın şeirini rus dilinə tərcümə edən Dumaeva, qəribədir, nəinki Rusiya adının keçdiyi misraya düzəliş edib, hətta tatarca yazılmış şeirdəki "Tiz qenə kuzqalmıybız bez, i qöruhe rusiəh!" misrasındakı rusiyah sözünü tərcümə etməyə belə ehtiyac duymayıb.

Net, ne svernete nas s puti vı, podlıe rusiəh!

Üstündən 110 il keçib. Rəzil qara yüzlər - "Podlıe rusiyah"lar yenidən aktivləşib. Rusiyanın Dövlət Dumasında yeni Pruşkeviçlər baş qaldırıb. Vitse-spiker Pyotr Tolstoy da Azərbaycana dil uzadır, Rusiyada yaşayan azərbaycanlıları şərləyir.

Biz Rusiyanı Lev Tolstoya görə sevmişik. Əfsus ki, bu gün Rusiyanın ali qanunverici orqanında Azərbaycana qarşı həqarət püskürən adamın da soyadı Tolstoydur. Pyotr Tolstoy. Özü də deyirlər, bu Tolstoy yazıçı Tolstoyun nəslindəndir. O Tolstoyun ki, az qala, rus sufizmini yaradıb "fənalığa müqabilə etmə" deyirdi. O zaman Əli bəy Hüseynzadə bildirirdi ki, "Tolstoy Engelqard adlı birisinə yazdığı məktubda deyir ki, əgər evimə afrikalı bir zulus vəhşisi hücum edib gözümün önündə ciyərparam olan övladımı xəncərlə doğrasa, mən əsla müqabilə etməm!" Hüseynzadə deyirdi ki, "Həyatın bütün zövqü fənalıqla mübarizədən ibarətdir... Tolstoy, həqiqətən, müqabilə edərdimi, etməzdimi, bu, başqa mövzudur. Lakin bu sözdə bir həmaqət (axmaqlıq) olduğu aşkardır. Ey oxucu, bu xüsusda o qədər böyük bir zata axmaqlıq isnad etdiyimdən ötrü dilgir olma. Çünki Tolstoyun ara-sıra axmaqlıq xoşuna gediyor". Bəlkə ona görə ki, siyasət başqa, ədəbiyyat başqadır? Necə ki, böyük ruhşünas kimi tanıdığımız Dostoyevski "İstanbul ruslara məxsusdur" deyirdi.

İmperiyanın türk qövmü ilə münasibətlərinin mahiyyətinə diqqəti cəlb edən Hüseynzadə 1915-ci ildə Avropanın siyasi rəhbərlərinə ünvanladığı məktubda bildirirdi ki, "Rus ədəbiyyatının Rusiya türkləri üzərində faydalı təsirləri inkar ediləməz. Fəqət, bu mədəniyyətin qaynaqlarından biri Bizans ortodoksluğudur. Onda Avropa mədəniyyətinin əsaslı keyfiyyətləri yoxdur. Bu kifayətsizlik rusların yaydığı kültürü daima axsatmışdır. Ruslar kəndi kültürlərini yayarkən milli kültürləri yox etmə qayəsini güdürlər..."

Rusiya-Ukrayna savaşı başlayanda qələmə aldığım "Panslavyanizmin qürubu" yazımdan sonra bu mövzuya qayıdacağımı düşünmürdüm. Amma Rusiyadakı şovinist dilmancların son vaxtlar Azərbaycana qarşı sərgilədikləri davranış istər siyasi, istərsə də mənəvi əndazələri aşır.

Rusiyanın başlıca iddiası üçüncü Bizans olmaq idi. Amma Rusiya ilə Ukrayna arasında baş verən və slavyan birliyini özülündən zədələyən müharibə Kazan türklərinin dövlət xarabalığı üzərində qurulmuş üçüncü Bizansın süqutunu yaxınlaşdırmışdır. Vaxtilə "Moskva - üçüncü Roma" ideologiyasını irəli sürən Monax Filofey "Yeni bir Roma şimalda yüksəlir və kainatı işıqlandırır... Bu üçüncü Roma qiyamətə qədər davam edəcəkdir. Dördüncü bir Romanın düşünülməsi mümkün deyil", - deyirdi. Eyni fikirlər Rusiyanı üçüncü Bizans olaraq dəyərləndirən Karamzin tərəfindən də təkrar və təsbit edilmişdi. Pyotr Tolstoyların, Solovyovların timsalında Antixrist dördüncü Bizansın doğuluşuna imkan buraxmadı. Artıq üçüncü və sonuncu Bizans süqut etməkdədir. Azərbaycana dil uzadan rusiyahlar - qaraüzlü Pyotr Tolstoylar, Konstantin Zatulinlər, Nikolay Valuyevlər, Vladimir Solovyovlar parlament və TV-lərində Azərbaycanı deyil, öz aqibətlərini müzakirə etsinlər...

30 iyul 2025

"Avatar" filminin üçüncü hissəsinin treyleri mənfi reaksiyalarla qarşılandı Monika Belluççi, Penelopa Kruz, Pərvin... - Pərvin Abıyeva niyə dünya ulduzu ola bilmədi? "Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri