Icma.az
close
up
RU
Alban türkləri haqqında bilmədiklərimiz

Alban türkləri haqqında bilmədiklərimiz

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alban türkləri haqqında bilmədiklərimiz

Erməni və gürcü tarixçilərinin son iddialarına görə, albanlar çoxdan yer üzündən silinib gediblər. Albanların türk mənşəyinə toxunmasa da, onların əksinə olaraq Akaki Şanidze yazır: – Albaniya dövləti IV əsrdən XIII əsrə qədər mövcud olmuş, XVII əsrə qədər kilsələrdə Alban əlifbası ilə salnamələr yazılmışdır (Шанидзе 1938.s.3–4). Alban əlifbasından monqollar da istifadə edirdilər (Шанидзе 1938.s.3). Birmənalı şəkildə bildirirəm ki, monqolların zamanında yaşamış Muxtar Qoç (Mxitər Qoş), Gəncəli Kirak (Kirakos Qandzaketsi) öz əsərlərini alban əlifbası ilə alban dilində yazıblar. 1938-ci ildə Albaniya ilə İberiya arasındakı Berdax (Bərdə) monastırından alban əlifbası ilə yazılmış salnamə tapıldı. Salnamənin üzü 1580-ci ildə köçürülmüşdür (Zaza Aleksidze 2003.s.39).

Kerop Patkanov yazır ki, həmin Berdax şəhəri sonrakı Debeddir (Патканов 1883.s.226, 234). Gürcülərin Debed adlandırdıqları monastırın qədim adı Tibet olmuşdur. Bu məlumat onu göstərir ki, İberiyanın bəzi etnosları Altay və Tibet mənşəlidir.

Tibet, Şuşa, Şatberdi, Berdax monastırlarında Alban əlifbası ilə salnamələr, dua kitabları yazılırdı. Əgər 1580-ci ildə salnamənin üzü köçürülübsə, deməli o zamana qədər monastırlarda alban dili və əlifbası ilə dini xadimlər var imiş (Ацкербеков 1942.s.25–55).

Abuladze 1937-ci ildə Matenadaranın Eçmiadzin fondundan alban əlifbası ilə yazılmış bir salnamə tapdı və oxumaq üçün Akaki Şanidzeyə göndərdi. Bununla belə mətnin çap olunmasına ermənilər L.M. Meliksetbekov başda olmaqla qarşı çıxdılar (Меликсетбеков 1942.s.52–55).

63 il sonra Sinay dağının ətəyindəki Müqəddəs Katerina monastırından alban əlifbası ilə yazılmış perqament tapıldı. Məlum oldu ki, həmin perqament nə gürcü, nə erməni dilindədir. Zaza Aleksidze Minqeçevir yazılarının köməyi ilə həmin mətni oxudu və iddia etdi ki, perqamentin dili son Alban dilidir (Zaza Aleksidze 2003.s.5–126).

Zaza Aleksidze perqamentin dilindəki türk sözləri barədə bir söz demir. Ancaq belə bir gerçəyi gizlətmək olmaz ki, Sinay monastırı Məhəmməd peyğəmbərin qayğısı nəticəsində salamat qalmışdı. Peyğəmbər (əleyhissəlam) xüsusi sənəd verib, monastırı vergilərdən azad etmiş, məbədin toxunulmazlığını bununla təmin olunmuşdu. Monastrın keşişləri indiyədək həmin sənədi qoruyub saxlayırlar (Aleksidze 2003.s.46–49).

Xilafət zəifləyəndə Avropanın xaçlı döyüşçüləri Sinay yarımadasını tutdular. 1099-cu ildə monastrı ələ keçirib, 1270-ci ilə qədər əllərində saxladılar. Avropalılar 170 ildə monastrın bir neçə hücrəsini at tövləsinə çevirdilər. Əlyazmaların xeyli hissəsi onların zamanında yanıb külə döndü (Zaza Aleksidze 2003.s.16).

İlhami Cəfərsoy, tarixçi alim.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 11 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri