Icma.az
close
up
RU
Türkmənistanda BMT nin vətəndaş cəmiyyəti və gənclər forumları keçirilib

Türkmənistanda BMT nin vətəndaş cəmiyyəti və gənclər forumları keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 avqust, AZƏRTAC

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Türkmənistanın Avaza kurort şəhərində gənclər və vətəndaş cəmiyyəti forumları təşkil olunub.

AZƏRTAC türkmən mediasına istinadla xəbər verir ki, müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan gənclərin və vətəndaş cəmiyyəti təmsilçilərinin, həmçinin Türkmənistanın rəhbər şəxsləri və BMT-nin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə qeyd olunub ki, gənclər və vətəndaş cəmiyyəti dənizə çıxışı olmayan və inkişaf etməkdə olan 32 ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı, sosial layihələrini həyata keçirilməsi, Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) yerinə yetirilməsi, ən başlıcası, iqlim böhranı ilə mübarizə aparılmasında mühüm rol oynayırlar.

Qeyd olunub ki, Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2025-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan edilməsi qlobal sülh və davamlı inkişaf naminə bu ölkənin irəli sürdüyü təkliflərə dünya ictimaiyyətinin geniş dəstəyinin bariz göstəricisidir.

Çıxışlarda vurğulanıb ki, Aşqabadın bu təklifi bütün dövlətləri dünya nizamının əsas prinsipi kimi sülh və etimad ideyasının təşviqinin siyasi və ideoloji aspektləri də daxil olmaqla birgə işə başlamağa dəvət və çağırışdır. Bununla yanaşı, BMT-nin “Gənclər - 2030” strategiyasının məqsədlərinə tam cavab verən hazırkı forumun əsas məqsədləri gənclərlə təşkilatın strukturları və digər maraqlı tərəflər arasında səmərəli dialoq üçün platforma yaratmaq, Avaza Fəaliyyət Proqramının həyata keçirilməsində əsas iştirakçılardan biri kimi gənc nəslin imkanlarını genişləndirmək, Vyana Fəaliyyət Proqramının icrası zamanı əldə edilmiş təcrübə mübadiləsi aparmaq, innovativ həllər, yeni ideya və təşəbbüsləri təqdim etməkdir. Milli, regional və qlobal təcrübəyə əsaslanan Avaza Fəaliyyət Proqramı, həmçinin gənclərlə BMT-yə üzv dövlətlərin, BMT strukturlarının, vətəndaş cəmiyyəti və özəl sektorun maraqlı nümayəndələri arasında əməkdaşlığın qurulması platformasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri