Icma.az
close
up
RU
Türkmənistanda Prezidentin rəhbərliyi ilə veloyürüş keçirilib

Türkmənistanda Prezidentin rəhbərliyi ilə veloyürüş keçirilib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Velosiped Günü ölkədə geniş qeyd edilib.

525.az yerli mediaya istinadla xəbər verir ki, ənənəvi olaraq bu gün Türkmənistanın müxtəlif şəhərlərində kütləvi velosiped yürüşləri təşkil edilib. Paytaxt Aşqabadda velosiped yürüşünə Prezident Sərdar Berdiməhəmmədov rəhbərlik edib.

Aksiyada Məclis sədri, hökumət üzvləri, nazirlik və digər qurumlarının rəhbərləri, ictimai təşkilatlar, ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər. Ölkədə akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri də yürüşə qatılıb.

Təxminən 2 min nəfərin iştirak etdiyi aksiya "Velosiped" abidəsinin qarşısından başlayaraq “Ruhiyyət” Sarayı ərazisində başa çatıb. Ümumi məsafə 11 kilometr olub.

Bu cür tədbirlər sağlam həyat tərzinin təşviqi, kütləvi idmanın inkişafı və qlobal iqlim dəyişikliyi kontekstində ekoloji cəhətdən təmiz nəqliyyatın önəmini göstərmək məqsədini daşıyır. Türkmənistan Prezidenti, həmçinin beynəlxalq arenada sülhün və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün idman diplomatiyasının əhəmiyyətini qeyd edib.

Xatırladaq ki, Ümumdünya Velosiped Günü 2018-ci ilin aprel ayında Aşqabadın təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə təsis edilib. Türkmənistanın təklifi BMT-yə üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib.

Velosiped Türkmənistanın mədəniyyətində xüsusi yer tutur. Aşqabadda Ginnesin Rekordlar Kitabına daxil edilmiş dünyanın ən böyük velosiped abidələrindən biri yerləşir

Ölkədə müntəzəm olaraq yüksək vəzifəli dövlət məmurlarının iştirakı ilə kütləvi velosiped yürüşləri keçirilir, velosiped infrastrukturu inkişaf etdirilir. Türkmənistan idmançıları ənənəvi olaraq Asiya Oyunları və Dünya Çempionatı da daxil olmaqla beynəlxalq velosiped yarışlarında uğurla çıxış edirlər.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri