Türkmənistanda yeni Beynəlxalq Hava Limanı istifadəyə verilib
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkmənistanda Balkanabad Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Mərasimdə Balkan vilayətində işgüzar səfərdə olan prezident Sərdar Berdiməhəmmədov iştirak edib.
525.az yerli mediaya istinadən xəbər verir ki, yeni aeroport Avropa və Asiya arasında ticarət və nəqliyyat yollarının mühüm kəsişməsində yerləşən Türkmənistanın nəqliyyat və tranzit dəhlizlərinin aktivləşdirilməsi üçün əlverişli imkanlar yaradır.
Ölkənin mülki aviasiya strukturlarının müasirləşdirilməsi və ən müasir avadanlıqla təchiz edilməsi nəqliyyat sektorunda mərhələli şəkildə həyata keçirilən genişmiqyaslı proqramların tərkib hissəsidir.
Türkmənistanın 2030-cu il üçün Mülki Aviasiyanın İnkişafı üzrə Milli Proqramı innovativ texnologiyalardan, qabaqcıl mühəndis ideyalarından və bu sənayedə ən yaxşı dünya təcrübəsindən istifadə etməyə yönəlib. Beynəlxalq Hava Limanının saatda 100 sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulmuş sərnişin terminalı 3 mərtəbədən ibarətdir və 5203 kvadratmetr sahəni əhatə edir.
Hava limanında uçuş-enmə zolağı, taksi yolu, 6 təyyarə və 4 helikopterin saxlanması üçün dayanacaq, dispetçer qülləsi var. Qüllənin hündürlüyü 44,05 metr, ümumi sahəsi 410,92 kvadratmetrdir.
Yeni hava limanı layihəsi bu sahədə ən son texnologiyalar və qabaqcıl nailiyyətlər nəzərə alınmaqla həyata keçirilib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 02 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















