Icma.az
close
up
RU
Zaqatala Beynəlxalq Hava Limanı niyə işləmir?

Zaqatala Beynəlxalq Hava Limanı niyə işləmir?

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hava nəqliyyatı hər bir ölkənin iqtisadi inkişafında və beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Xüsusilə turizm sektorunun canlanmasında hava limanlarının əlçatanlığı və funksionallığı əhəmiyyətli amillər sırasındadır. Azərbaycanda da son illər hava nəqliyyatı infrastrukturunun yenilənməsi və genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. Bununla belə, bəzi hava limanlarının fəaliyyət göstərməməsi və ya məhdud rejimdə işləməsi suallar doğurur. Bu vəziyyətin yaranmasında əsas səbəblərdən biri kimi idarəetmə problemləri və regionların potensialının yetərincə dəyərləndirilməməsi göstərilir.

Milli.Az xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən 12 hava limanından yalnız 8-i beynəlxalq statusa malikdir. Lakin bu hava limanlarından sadəcə dördü aktiv şəkildə istifadə olunur, onlardan da yalnız ikisində məhdud sayda uçuşlar həyata keçirilir.

Bəs niyə beynəlxalq səviyyəyə malik 8 hava limanından yarısı tamamilə istifadəsizdir?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bu vəziyyəti əsasən subyektiv yanaşma və peşəkar olmayan idarəçiliyin nəticəsi kimi qiymətləndirir:

"Məsələn, Zaqatala Beynəlxalq Hava Limanının yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılıb, lakin yalnız bir uçuş həyata keçirilib. Bu reysdən isə cəmi 70-dən bir qədər artıq sərnişin istifadə edib. Daha sonra isə liman fəaliyyətini dayandırıb. Halbuki Zaqatala bölgəsi turizm imkanlarına görə kifayət qədər cəlbedici hesab oluna bilər və dövlət dəstəyi ilə burada müntəzəm uçuşların təşkili real görünür".

Yekun olaraq, fəaliyyətsiz qalan hava limanlarını işə salmaq üçün ilk növbədə həmin bölgələrin turizm potensialı xarici bazarlarda daha geniş tanıdılmalı və bu regionlara səyahət marağı artırılmalıdır. Xaricdə bu ərazilərin istirahət və gəzməli məkanları ilə bağlı effektiv tanıtım kampaniyalarının aparılması vacibdir.

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri