Icma.az
close
up
RU
Türkmənistanla əməkdaşlıq regional önəm daşıyır

Türkmənistanla əməkdaşlıq regional önəm daşıyır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkələrimiz Orta Dəhlizin su körpüsüdür

Azərbaycan–Türkmənistan iqtisadi əlaqələrini gücləndirən iqtisadi və humanitar sahələr üzrə Birgə Hökumətlərarası Komissiyanın qarşısına dövlət başçılarımız arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma əməkdaşlığına əsaslanılaraq önəmli layihə və təşəbbüslər həyata keçirmək mühüm vəzifə kimi qoyulub.

Bununla bağlı iqtisadiyyat, ticarət, energetika, nəqliyyat kimi  əsas sahələri əhatə edən geniş tərəfdaşlıq münasibətləri yaradılıb. Türkmənistanla investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı diqqətdə saxlanılıb. Bunun nəticəsində respublikamızda  sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitallı 75 şirkətin səmərəli fəaliyyəti gerçəkləşdirilib.   

Ölkələrimiz enerji üzrə işbirliyinin genişləndirilməsi baxımından böyük potensiala malikdir. Adı çəkilən Birgə Hökumətlərarası Komissiyanın iclaslarında enerjinin ixracı ilə bağlı infrastrukturu inkişaf etmiş Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin müzakirəsinə hazır olduğunu bildirməsi də bunun bariz ifadəsidir. Türkmənistanla Şərq–Qərb Nəqliyyat Dəhlizinin canlandırılması və Orta Dəhlizin səmərəliyinin artırılması üzrə əməkdaşlıq da xüsusi rol oynayır. Ölkələrimiz arasında tranzit daşımalarının həcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən il ərzində bu göstəricinin 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçməsi də bunun bariz ifadəsidir.  

İki ölkə arasında ümumi ticarət dövriyyəsi 2025-ci ilin yanvar–may aylarında 118,5 milyon dollara çatıb, idxal 99,2 milyon dollar, ixrac isə 19,2 milyon dollar təşkil edib. Nəqliyyat və logistika sahəsində əməkdaşlıqdan bəhs edərkən isə deyə bilərik ki, Azərbaycan və Türkmənistan Orta Dəhliz təşəbbüsündə daim strateji rol oynayıb. Bakı – Türkmənbaşı bərə xətti ilə yüklərin dövriyyəsi də son illərdə artıb. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yükaşırma göstəricilərinə dair statistikası əsasən, Türkmənistan limanları ilə əlaqəli yükdaşımalar nəticəsində iki ölkə arasında nəqliyyat əməkdaşlığı sabit və artan dinamika ilə diqqət çəkib.  

Xatırladaq ki, 2023-cü ildə Türkmənistan limanlarından Bakı limanı vasitəsilə yükaşırma həcmi 3 milyon ton təşkil edib. 2024-cü ildə isə bu göstərici 12,5 faiz artaraq 3,36 milyon tona çatıb. Bu artım Xəzər dənizində yük dövriyyəsinin bərpası və Orta Dəhliz çərçivəsində multimodal logistika imkanlarının genişlənməsi ilə gerçəkləşib. 2025-ci ilin ilk rübündə isə artım tendensiyası davam edib və Türkmənistan limanları üzrə yükaşırma həcmi 16,7 faiz artaraq 856.3 min tona çatıb. Ümumilikdə isə 2024-cü ildə Türkmənistan limanlarının ümumi yükaşırmadakı payı 44 faiz təşkil edib.  

Bu göstəricilər Azərbaycanla Türkmənistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndiyini və qarşıdakı illərdə ticarət dövriyyəsinin bərpasına müsbət təsirini göstərir. Türkmənistanın iştirak etdiyi “Lapis-Lazuli” marşrutu da Azərbaycanın dəmir yolu və liman infrastrukturu ilə əlaqələndirilərək Əfqanıstan və Avropa bazarları arasında bağlantını şərtləndirir. Bu dəhliz vasitəsilə Türkmənistan və Əfqanıstan öz məhsullarının 80 faizə qədərini Avropa bazarına çıxarmağı qarşıya mühüm vəzifə kimi qoyur.

İki ölkə arasında iqtisadi tərəfdaşlığın yüksək səviyyəsi son illərdə digər  sahələrdə də özünü qabarıq büruzə verib. Məsələn, 2024-cü ildə ticarət dövriyyəsi 400 milyon dollara çatıb. Prioritet istiqamətlər sırasında enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sektorları ön plana çıxıb. İki ölkə arasında qaz mübadiləsinin genişləndirilməsi, birbaşa nəqliyyat əlaqələrinin yaradılması, eyni zamanda, hüquqi-inzibati bazanın təkmilləşdirilməsi və özəl sektorun fəal iştirakı davamlı olaraq diqqət çəkib.  

Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələr təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlarda (BMT, İƏT, Qoşulmama Hərəkatı, TDT) qarşılıqlı dəstək və koordinasiya ilə nəzərə çarpır. Türkmənistan Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəkləyərək regional və qlobal səviyyədə həmrəylik nümayiş etdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərovanın sözlərinə əsasən, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun bu ilin iyulunda Azərbaycana səfəri Azərbaycan–Türkmənistan strateji münasibətlərində yeni mərhələnin əsasını qoyur. Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında gerçəkləşən görüşlər həm siyasi, həm də iqtisadi və humanitar əməkdaşlığın strukturlaşdırılması və davamlılığının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.

İki ölkə arasında iqtisadi münasibətlər enerji, nəqliyyat və ticarət sahələrində getdikcə güclənir. Türkmənistanın əsas ixrac məhsulu olan təbii qaz və neft məhsulları ilə yanaşı, kimya və tekstil sənayesində də əməkdaşlıq imkanları genişlənir. Enerji sahəsində əməkdaşlıq sahəsində Trans – Xəzər enerji layihələri və Xəzərin hüquqi statusuna dair razılaşmalar respublikamızda  Türkmənistan arasında enerji diplomatiyasının əsas sütunlarından biridir. Hazırda Türkmən qazının Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılması potensialı müzakirə olunur.  2021-ci ildə Xəzərin statusuna dair razılaşmalardan sonra iki ölkə arasında “Dostluq” neft yatağının birgə istismarı ilə bağlı mühüm razılaşma əldə edilməsi də enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. 

Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri daha sonra vurğulayıb ki, Qurbanqulu Berdiməhəmmədovun bu ilin iyulunda Füzuli rayonuna, Şuşa şəhərinə səfəri və bu ərazilərdə aparılan bərpa – quruculuq işləri ilə tanış olması Qarabağın yenidən qurulmasında Türkmənistanın həmrəyliyinin nümayiş etdirib. Bu səfər simvolik olmaqla yanaşı, humanitar və siyasi həmrəyliyin konkret ifadəsi kimi diqqət çəkib. 

Türkmənistan–Azərbaycan münasibətlərinin mühüm dayaqlarından biri də humanitar əlaqələrdir. Mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq müxtəlif proqram və birgə təşəbbüslərlə genişlənir. Xüsusilə Berdiməhəmmədovun Şuşa şəhərində yerləşən Yeni Şuşa məscidində aparılan tikinti işlərinin gedişi ilə tanış olması Türkmənistanın Azərbaycanın mədəni irsinin bərpasına verdiyi mənəvi və simvolik dəstəyi ifadə edir.

Vüsalə Cəfərova fikirlərinin sonunda bildirib ki, həmin səfər zamanı keçirilən görüşlər nəticəsində əldə olunan razılaşmalar və açıqlamalar bir neçə əsas istiqamət üzrə strateji yol xəritəsini formalaşdırıb. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və Xəzər dənizində multimodal logistika mərkəzlərinin yaradılması, enerji əməkdaşlığında “yaşıl” texnologiyaların inteqrasiyası və alternativ enerji sahəsində birgə layihələr kimi strateji sahələrdə nailiyyətlərin əldə edilməsi hədəflənib. 

Beləliklə, Azərbaycan və Türkmənistan arasında mövcud strateji tərəfdaşlıq təkcə siyasi ritorikaya deyil, real iqtisadi və institusional əsaslara söykənir. Ortaq enerji resursları, logistik imkanlar və tarixi – mədəni yaxınlıq bu əlaqələrin dərinləşməsinə təkan verir. Formalaşmaqda olan bu model Azərbaycanın Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı çərçivəsində geoiqtisadi inteqrasiyası üçün böyük əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri