Icma.az
close
up
RU
Türkmənistanla ikitərəfli əməkdaşlıq regional tərəfdaşlığa yönəlib

Türkmənistanla ikitərəfli əməkdaşlıq regional tərəfdaşlığa yönəlib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlıq son illər mühüm inkişaf mərhələsinə qədəm qoyub. Xəzər dənizi sahillərində yerləşən bu dost və qardaş ölkələr ortaq tarixi köklərə, mədəni yaxınlığa və enerji resurslarının idarə olunması üzrə birgə maraqlara malikdir. Regional və beynəlxalq geosiyasi reallıqlar, xüsusilə də Orta Dəhlizin aktuallığı Bakı və Aşqabad arasında iqtisadi münasibətlərin dərinləşməsinə əlverişli zəmin yaradır.

Hər iki ölkə arasında, ilk növbədə, enerji sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Xəzərin enerji ehtiyatlarından səmərəli istifadəyə dair qarşılıqlı anlaşma həm bu ölkələrin maraqlarına, həm də Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verir. 2021-ci ildə imzalanan “Dostluq” yatağına dair Anlaşma Memorandumu sözügedən sahədə tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir. Uzun illər mübahisəli statusda olan bu yatağın birgə işlənməsi Azərbaycan və Türkmənistanın enerji əməkdaşlığında yeni mərhələnin əsası kimi diqqət çəkir.

Nəqliyyat – logistika sektorunda da tərəflər arasında sinerji getdikcə artır. Azərbaycan Orta Dəhlizin əsas iştirakçısı və nəqliyyat mərkəzi kimi Türkmənistanın tranzit imkanlarını Avropa bazarlarına çıxarmaqda mühüm rol oynayır. Türkmənbaşı – Bakı limanları arasında bərə daşımalarının intensivləşdirilməsi, dəmir yolu infrastrukturunun əlaqələndirilməsi və multimodal daşımaların təşkili bu əməkdaşlığın praktik nəticələridir.

Qeyd edək ki, hazırda dünya üzrə enerji, ticarət və nəqliyyat sistemlərində baş verən dəyişikliklər beynəlxalq logistik dəhlizlərin əhəmiyyətini daha da artırıb. Bu kontekstdə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Avropa ilə Asiya arasında strateji bir körpü rolunu oynayır. Azərbaycanın coğrafi mövqeyi isə bu dəhlizin əsas halqalarından biri olmasını təmin edir. Bu səbəbdən ölkəmizin Orta Dəhlizin inkişafı istiqamətində atdığı addımlar beynəlxalq maliyyə institutlarının diqqət mərkəzindədir.

Orta Dəhliz Çin, Qazaxıstan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa istiqamətini əhatə edən multimodal nəqliyyat yoludur. Bu dəhliz Şimal və Cənub marşrutları ilə müqayisədə daha qısa və təhlükəsiz bir marşrut təklif edir. Regional və qlobal ticarət axınlarını sürətləndirməklə yanaşı, Orta Dəhliz ölkələrin iqtisadi inteqrasiyasını və logistika potensialını da artırır.

Ticarət dövriyyəsinin artırılması istiqamətində də mühüm addımlar atılır. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Əsas məhsul qruplarına neft – kimya məhsulları, tekstil, tikinti materialları və kənd təsərrüfatı məhsulları daxildir. Hökumətlərarası komissiyalar çərçivəsində iş adamlarının görüşləri, sərgilər və biznes forumlar təşkil edilir. Bu platformalar qarşılıqlı investisiyaların təşviqinə və yeni layihələrin reallaşmasına şərait yaradır.

Türkmənistan Azərbaycanın nəqliyyat, energetika və tikinti sahələrindəki təcrübəsindən faydalanır. Eyni zamanda, Azərbaycan bu dost ölkənin pambıqçılıq, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması üzrə təcrübəsini yüksək qiymətləndirir. İki ölkə arasında elm, təhsil və innovasiya sahələrində də əməkdaşlıq üçün yeni imkanlar formalaşmaqdadır.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Prezidentlər səviyyəsində aparılan müzakirələr nəticəsində imzalanan sənədlər təkcə iqtisadi deyil, həm də siyasi və humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Bütün bu faktlar onu göstərir ki, Azərbaycan – Türkmənistan iqtisadi əməkdaşlığı təkcə iki ölkənin deyil, bütövlükdə regionun inkişafına töhfə verən strateji tərəfdaşlığa çevrilməkdədir. Xəzər hövzəsində sabitlik, qarşılıqlı faydalı əməkdaşlıq və müasir çağırışlara uyğun çevik iqtisadi model qurmaq baxımından bu münasibətlər nümunəvi xarakter daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da Bakıda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə də xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirdiyini və müstəqillik dövründə bu əlaqələrin daha da gücləndiyini vurğulayaraq ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Q.Berdiməhəmmədov isə hər iki ölkənin doğmalığının əsasında möhkəm tarixi bünövrə və qohumluq, bir-birinə qarşılıqlı ehtiyacının olması kimi anlayışlar dayandığını bildirərək əlavə edib ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlıq məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır.

Onu da qeyd edək , bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat – logistika mərkəzlərindən biri kimi tanınır. Ölkəmizlə Türkmənistan arasında nəqliyyat sektorunda əməkdaşlığın uğurla genişləndirilməsi, bu sahədə mühüm uğurlar əldə edilməsi də vurğulanan fikrin bariz ifadəsidir. Bu sahədə limanlar vasitəsilə yükdaşımalar həyata keçirilir. Dünyada enerjiyə artan ehtiyac mövcud potensialdan daha geniş istifadəni labüd edir. İqlim dəyişikliyi və alternativ enerji sahəsində əməkdaşlıq istiqamətində mühüm layihələr gerçəkləşdirilir. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə ortaq maraqlar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsini şərtləndirir.

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmammet Elyasov ölkəsinin Azərbaycanla əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən bəhs edərkən deyib: “Bu prinsiplərdən biri də Azərbaycanla əlaqələrimizin ardıcıl olaraq möhkəmləndirilməsidir. Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat və logistika, neft və qaz sahələri üzrə yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk. Azərbaycan bizim üçün qardaş ölkədir, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi ardıcıl olaraq gücləndirəcəyik”.

Q.Elyasovun sözlərinə əsasən, Türkmənistan və Azərbaycanın müxtəlif sahələrdə əlaqələrinin gücləndirilməsində Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi xidmətləri böyükdür. Nəqliyyat sahəsində əməkdaşlıq həm ölkələrimiz, həm də qonşularımız üçün böyük perspektivlər açır. Bu məqamda hər iki ölkənin limanlarının daha böyük imkanlarını qeyd etmək vacibdir. Çünki Türkmənistanın Xəzər dənizindəki qonşularla müqayisədə yüklərin daşınması üçün böyük potensialı var. Bu isə Türkmənistanın həm Çindən Avropaya, həm də əks istiqamətdə tranzit yük axınının artırılması ilə bağlı mövcud çağırışlara hazır olduğunu göstərir.

Bu ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin perspektivləri, o cümlədən onların inkişaf yolları ilə bağlı daim konstruktiv fikir mübadiləsi aparılır. Hazırda Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik kabelin çəkilməsi üçün texniki – iqtisadi əsaslandırmanın yaradılması üzrə ekspertlər səviyyəsində fikir mübadiləsi gerçəkləşdirilir.

Sonda qeyd edək ki, Azərbaycanın Türkmənistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin önəmli rolu var. Olkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi – ticarət əlaqələr də genişlənir. Hər iki dövlətin ortaq fəaliyyəti və iqtisadi sahədə tərəfdaşlığı regionun inkişafına mühüm töhfə verir.

V.BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri