Icma.az
close
up
RU
Türkmənistanla münasibətlərin inkişafı... Deputat

Türkmənistanla münasibətlərin inkişafı... Deputat

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni səhifə açılıb. Ölkəmiz regionun türkdilli dövlətləri ilə də əlaqələrini davamlı olaraq inkişaf etdirir və əməkdaşlığını yeni məzmunla zənginləşdirir. Azərbaycanın son illər əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Türkmənistandır.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qədim tarixi var:

“Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da yaradılıb. O vaxtdan indiyədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb. “Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir” – deyən deputat əlavə edib ki, Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir”.

Millət vəkilinin fikrincə, Azərbaycan-Türkmənistan münasibətlərində son illərdə müşahidə olunan dinamika qarşılıqlı səfərlərin məntiqi nəticəsidir:

“Səfərlər zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin zəngin perspektivlərə malik olduğunu göstərir. Bu baxımdan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərləri dostluq və qardaşlığımızın tərənnümüdür. Dövlətimizin başçısının oktyabrın 8-də Türkmənbaşı şəhərinə səfəri də bu kontekstdə yüksək dəyərləndirilməlidir. Səfər zamanı Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirak edib”.

Samir Vəliyev qeyd edib ki, ölkəmiz bu platformaya ötən ilin noyabrında tamhüquqlu üzv qəbul olunub və təqdirəlayiq haldır ki, bu təşəbbüslə məhz Türkmənistan tərəfi çıxış edib:

“8-ci Məşvərət Görüşündə çıxış edən Prezident İlham Əliyev son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini söyləyib. Ötən ildən başlayaraq ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi də bunun göstəricisidir. Təbii ki, bütün bunlar iki ölkə arasında siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün xoş niyyətin ifadəsidir. Digər tərəfdən, ötən il Türkmənistanın işğaldan azad olunmuş Füzuli şəhərində məscid tikintisini həyata keçirməsi də xalqımız tərəfindən yüksək dəyərləndirilir”.

Deputatın fikrincə, region ölkələrinin liderlərini bir araya gətirən 8-ci Məşvərət Görüşü Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır”.

“Məşvərət Görüşləri çərçivəsində siyasi məsələlərlə yanaşı, konkret iqtisadi və infrastruktur layihələrinin, enerji təşəbbüslərinin, nəqliyyat bağlantılarının və humanitar əməkdaşlıq imkanlarının müzakirə edilməsi formatın praktiki əhəmiyyətini də artırır. Türkmənistanda keçirilən 8-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformaya sədr seçilməsi isə onun işini daha da gücləndirəcək. Dövlət başçıları arasında ikitərəfli təmasların bu prosesə əlavə dinamika verməsi də çoxtərəfli platformada əldə olunan razılaşmaların ikitərəfli münasibətlər səviyyəsində də davam etdirilməsinə imkan yaradır”, – Samir Vəliyev vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Oktyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri